Yuxarı

Rusiya Qarabağla bağlı bunun tərəfdarıdır - Zaxarova

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Qarabağla bağlı bunun tərəfdarıdır - Zaxarova

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı digər həmsədr ölkələrlə birlikdə qoşunların təmas xəttində gərginliyin azaldılmasının tərəfdarıdır və münaqişə zonasında ATƏT müşahidəçilərinin sayının artırılması istiqamətində tədbirlər görür.

APA xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova 31 yanvarda keçirdiyi brifinqdə bildirib.

"Bu mövzu Rusiya prezidentinin Azərbaycan və Ermənistan prezidentləri ilə 2016-cı ilin iyununda Sankt-Peterburqda keçirilən görüşündə, Rusiya XİN başçısı Sergey Lavrovun ötən ilin noyabrında Bakı və Yerevana səfərləri zamanı müzakirə olunub. ATƏT çərçivəsində ATƏT müşahidəçilərinin fəaliyyətini reqlament edən sənədin bir neçə variantı hazırlanıb”, - deyə o qeyd edib.

M. Zaxarova əlavə edib ki, bu il yanvarın 18-də Polşanın Krakov şəhərində iki ölkənin xarici işlər nazirlərinin görüşündə həmsədr ölkələr tərəfindən yenilənmiş təkliflər verilib:

"Nazirlər vasitəçilər tərəfindən hazırlanan sənədə prinsipal razılıq veriblər. Bir neçə texniki detal qalıb. ATƏT müşahidəçilərinin sayının artırılması mexanizmi işə düşməzdən əvvəl tərəflər bunu razılaşdırmalıdır.

O ki qaldı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının perspektivlərinə, bir daha qeyd etmək istəyirəm ki, yalnız tərəflər özləri siyasi iradə ortaya qoyaraq bu həlli uzanan münaqişəyə son qoyan güzəştli həll yoluna gələ bilərlər. Ötən ilin oktyabrında Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri danışıqlar prosesinin aktivləşdirilməsi barədə razılaşdılar. Bundan sonra iki dəfə nazirlər görüşüb, bəyanat veriblər. Fevralın birinci ongünlüyündə münaqişə tərəflərinin problemli məsələlərlə bağlı mövqeyini dəqiqləşdirmək üçün həmsədrlər regiona səfər etməyi planlaşdırırlar”.

Tarix
2018.02.01 / 00:32
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla