Yuxarı

Bu ölkə ilə təbliğatımız barədə memorandum imzalandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 21-də Azərbaycanın Çexiyadakı səfirliyi ilə Avropa-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu barədə Axar.az-a səfirlikdən məlumat verilib.

Memorandum Azərbaycan-Çexiya ticari-iqtisadi münasibətlərinin inkişafına, hər iki ölkənin işgüzar dairələri arasında təmasların təşviqinə, eləcə də Çexiyada Azərbaycanın təbliğinə xidmət edəcək.

Səfirlik ilə Avropa-Azərbaycan Ticarət Palatası (Çexiya) arasında indiyə qədər uğurlu əməkdaşlıq davam edir. Belə ki, əməkdaşlığın nəticəsi olaraq, Gəncə avtomobil zavodu ilə Çexiyanın “Tatra” şirkəti arasında Azərbaycanda bu şirkətə məxsus yük maşınlarının istehsalı barədə əməkdaşlığa dair memorandum imzalanıb. Əməkdaşlığın davamı olaraq, Avropa-Azərbaycan Ticarət Palatası (Çexiya) ilə səfirlik arasında cari il ərzində ölkəmizlə bağlı müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılıb.

Tarix
2018.02.21 / 20:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla