Yuxarı

Prezident Vilnüs sammitdə iştirak edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 28-29-da Vilnüsdə keçiriləcək III Şərq tərəfdaşlığı sammitində iştirak edəcək.

APA-nın Avropa Birliyinin (AB) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sammit Avropa Birliyi Şurasının prezidenti Herman vam Rompeyin sədrliyi ilə keçiriləcək. Tədbirdə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu da iştirak edəcək.

Sammitə AB-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton, AB-nin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle, Avropa Parlamentinin prezidenti Martin Şults da qatılacaq.

AB-nin "Şərq tərəfdaşlığı" proqramı üzrə tərəfdaş ölkələrdən isə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Ermənistan prezidenti Serj Sarkisyan, Ukrayna prezidenti Viktor Yanukoviç, Moldovanın baş naziri Yuri Lyanke və Belarusun xarici işlər naziri Vladimir Makeyin sammitdə iştirakı dəqiqləşib.

Sammit çərçivəsində Azərbaycan prezidentinin bəzi ikitərəfli görüşləri də nəzərdə tutulur.

Fransanın xarici ticarət naziri, Azərbaycan-Fransa hökumətlərarası komissiyanın həmsədri, xanım Nikol Brik komissiyanın bu gün Bakıda keçirilən VII iclasında jurnalistlərə açıqlamasında bildirib ki, sammit çərçivəsində Fransa prezidenti Fransua Oland və Azərbaycan prezidenti İlham Əliyevin görüşü baş tutacaq.

Tarix
2013.11.26 / 16:05
Müəllif
Axar.az
Digər xəbərlər

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Britaniya Azərbaycana ilk dəfə attaşe təyin etdi - Foto

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?

BMT İrəvanın Vardanyan iddiasını rədd etdi

Putin-Tramp danışıqlarında “görünməyən” şəxs...

İrəvan tələbləri qəbul etdi: amma hər şey bitmədi…

Bakı və İrəvanın razılaşması Trampın şüarı ilə şərh edildi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla