Yuxarı

Ermənilər dinc sakini güllələdi – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər dinc sakini güllələdi – Foto

Dünən səhər saatlarında Qazaxın Qaymaqlı kənd sakini Aslanov Çingiz Mədət oğlu ermənilərin açdığı atəş nəticəsində ağır yaralanıb.

Axar.az-ın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, kənd sakininin vəziyyəti ağırdır. Yaralı Qazax rayon Diaqnostika mərkəzinə aparılıb.

Yaralanan kənd sakininin həyat yoldaşının verdiyi məlumata görə, ermənilər günün günorta çağı atəş açıb: "Yoldaşım qonşu qapıda fəhlə işliyirdi. Hər gün olduğu kimi dünən səhər evdən çıxdı. Amma günortaya yaxın xəbər gəldi ki, Çingiz yaralanıb. Biz də getdik xəstəxanaya. Vəziyyəti ağır olduğuna görə xəstəxabadan Diaqnostika mərkəzinə aparıblar. İndi də vəziyyəti pisdir. Arada gedib dəyirik".

Qeyd edək ki, belə hadisə ilk dəfə deyil ki, baş verir. Kənd sakinlərinin sözlərinə görə, erməni mövqeləri yüksəklikdə yerləşdiyinə görə, intensiv olaraq Qazaxın Qaymaqlı, Məzəm, Kəmərli, Quşçu Ayrım kəndləri atəşə tutulur.

Bakı-Qazax

Tarix
2014.08.03 / 13:10
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla