Yuxarı

Azərbaycan artilleriyası erməni kazarmalarına tuşlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan artilleriyası erməni kazarmalarına tuşlandı

Azərbaycanın Silahlı Qüvvələrinin cəbhə xəttində yerləşən artilleriya hissələri döyüşə hazır vəziyyətə gətirilib.

APA-nın məlumatına görə, Azərbaycan Ordusunun cəbhədəki artilleriya divizionları tam hazır vəziyyətdə əmr gözləyir. Toplar, minaatanlar, reaktiv yaylım atəş sistemləri və özüyeriyən artilleriya sistemləri düşmənin cəbhə xəttinin birinci eşelondakı və arxadakı dayaq məntəqələrinə tuşlanmış vəziyyətdədir.

Artilleriyaçılar Ermənistan Ordusunun ön xətdəki möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtələrinin, ərazidəki hərbi hissələrinin hədəfə götürüldüyünü bildiriblər.

"Artilleriya batareyalarımız öz döyüş mövqelərini tutub və hazır vəziyyətdədirlər. Bizim artilleriya sistemlərimiz Ermənistan Ordusunun cəbhənin uzaq dərinliyindəki obyektlərini məhv etmək imkanına və böyük dağıdıcı gücə malikdir", - deyə artilleriya zabiti bildirib.

Qeyd edək ki, avqustun 1-dən 2-nə keçən gecə Tərtər istiqamətində ermənilərin həyata keçirməyə hazırlaşdıqları genişmiqyaslı diversiya-təxribat planının qarşısı alınmasında Azərbaycan tərəfi avtomatik minaatanların və D-30 toplarının atəşindən istifadə edib. Nəticədə ermənilərin müdafiə mövqeləri və arxa cəbhədəki toplaşma məntəqəsi dağıdılıb.

Tarix
2014.08.05 / 14:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda iki rəis vəzifəsindən azad olundu

Azərbaycanla Rusiya arasında kritik görüş

Köçəryan Azərbaycanla bağlı "vəd" verdi

İqor Babuşkin Mehriban Əliyevaya məktub göndərdi

Nizami Gəncəvi Mərkəzinin üzvlərindən məktub

20 yaşlı gənc bu gün ADU-ya rektorluq etdi - Foto

Bu ölkə prezidenti İlham Əliyevi səfərə dəvət etdi

Prezident Azərbaycanla bağlı bu sözü ilk dəfə dilə gətirdi

Afrika Günü ilə bağlı konfrans keçirildi

Rubionun İrəvan səfərində gizli missiyası: ABŞ-ın planı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla