Yuxarı

Almaniya mediası: Azərbaycanın çoxəsrlik tarixə və...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Südthüringen Kurier” qəzetinin mart ayı üzrə sayında Azərbaycana dair geniş məqalə dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə Azərbaycanın çoxəsrlik tarixə, zəngin mədəniyyətə, ənənəvi qonaqpərvərliyə və böyük turizm potensialına malik ölkə olduğu vurğulanıb. Həmçinin Azərbaycanda ötən illər ərzində müasir turizm infrastrukturunun yaradıldığı və turizmin neftdən sonra ölkə iqtisadiyyatının inkişafında xüsusi əhəmiyyəti qeyd olunub.

Azərbaycanın son dövrlərdə “Avroviziya” mahnı müsabiqəsi, birinci Avropa Oyunları, IV İslam Həmrəylik Oyunları, Formula 1 Avropa Qran Pri yarışı kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi məqalədə öz əksini tapıb. Eyni zamanda, 2017-ci ildən etibarən təşkil olunan Bakı Ticarət Festivalının ticarətlə yanaşı, Azərbaycanın mədəniyyət və incəsənətinin təbliği baxımından da əhəmiyyəti vurğulanıb.

Məqalədə Bakı ilə yanaşı, ölkənin Gəncə, Naxçıvan və Qəbələ kimi regionlarının turizm potensialı, infrastrukturu və imkanları barədə məlumat verilib, ölkənin digər şəhərlərinin də turizm baxımından böyük maraq kəsb etdiyi və 2016-cı ildən etibarən Rusiya, Gürcüstan, İran və Türkiyə ilə bərabər Avropadan da gələn turistlərin sayının hər il artdığı qeyd olunub. Bildirilib ki, ölkəyə səfər edən turistlər vizaları Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi ilə yanaşı, internet üzərindən xüsusi viza portalından əldə edə bilərlər.

Qəzetdə məqalə ilə yanaşı, “Az-Granata” şirkətinin məhsulu olan təbii nar şirəsinin reklamı da yerləşdirilib, şirkətin məhsullarının Almaniya, İtaliya, Fransa və İsveçrədən alınmış müasir texnika ilə hazırlanması barədə məlumat verilib.

Tarix
2018.03.19 / 21:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla