Yuxarı

Erməni diversant Rövşən Əkbərova nələr danışdı? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni diversant Rövşən Əkbərova nələr danışdı? - Video

Ermənistan ordusunun təxribat-diversiya qrupunun saxlanılan üzvü Şəmkir hərbi birləşməsinə aparılıb.

APA-nın bölgə müxbirinin məlumatına görə, Şəmkir hərbi birləşməsinə aparılan erməni diversantın jurnalistlər tərəfindən görüntülənməsinə icazə verilib. Korpusdan bildiriblər ki, itkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü Berd rayonun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən tutulub. Diversiya qrupunun məhv edilmiş üzvlərinin üstündən xeyli sayta hərbi silah-sursat aşkar edilərək götürülüb. Hərbi birləşmədən bildiriblər ki, tutulan erməni diversantın üzərindəki mobil telefonda onun hərbi formada şəkilləri və komandirlərinin telefon nömrələri olub.

Dindirilən diversant, Azərbaycan xalqından və prezidentindən üzr istəyib və öz ölkəsinə geri qaytarılmasını xahiş edib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, bu gün saat 13.30 radələrində Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Aşkar olunan qrup yaxın məsafəyə buraxıldıqdan sonra dəstənin zərərsizləşdirilməsi istiqamətində tədbirlərə başlanıb.

İtkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü Berd rayonun Çinari kənd sakini 1989-cu il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən tutulub.

Hazırda dəstənin planı və fəaliyyətinin araşdırılması ilə əlaqədar iş aparılır.

Erməni diversiya qrupunun cəhdinin qarşısı alınarkən Azərbaycan ordusu itki verməyib.

Tarix
2014.08.08 / 02:12
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla