Yuxarı

Pol Qobl: “Ermənistan çox təhlükəli dövr yaşayır...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pol Qobl: “Ermənistan çox təhlükəli dövr yaşayır...”

Ermənistan çox təhlükəli bir dövr yaşayır və bu səbəbdən o, uzunmüddətli addımları əsas götürməlidir, nəinki qısamüddətli.

Musavat.com-un məlumatına görə, bu sözləri nüfuzlu amerikalı politoloq Pol Qobl "Amerikanın səsi"nə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İrəvan düşdüyü mürəkkəb vəziyyətdən çıxmaq üçün təcili tədbirlər görməlidir: "Bu nöqteyi-nəzərdən Ermənistan üçün "yaxşı variantlar" yoxdur, ölkə pislərin yaxşısını seçməlidir".

Qobl Rusiyanı Ermənistanın dostu saymadığı söyləyib: "Düşünmürəm ki, Rusiya Ermənistanın tərəfindədir. Məşhur ifadə var: Moskva üçün Gürcüstan – yol, Ermənistan – silah, Azərbaycan isə - dəyərdir. Rusiya Ermənistandan müstəsna olaraq öz maraqları üçün istifadə edir".

Politoloq Rusiyanın Kremli işğal eləməklə böyük səhvə yol verdiyini deyib: "O mənada ki, indi bütün ölkələr sərhədlərin zorla dəyişdirilməsindən narahatdır. Əgər Ermənistan da eyni yolla gedib Qarabağı ilhaq eləsə, o yeni müharibə və təcridlə üzləşəcək. Ermənistan, daha doğrusu, ermənilər strateji düşünə bilmirlər. Ermənistan bu gün 25 ildən sonra özünü necə gördüyü barədə fikirləşməlidir. Bundan ötrü Qarabağ məsələsi Azərbaycanla anlaşma əsasında həllini tapmalıdır".

Erməni jurnalistin "bu, o deməkdirmi ki, Ermənistan Qarabağı unutmalıdır" sualına ekspert belə cavab verib: "Şəxsən mən hesab edirəm ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində geniş muxtariyyət almalıdır".

Tarix
2014.08.09 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla