Yuxarı

Bakı Qarabağa görə 5 milyard dollar təklif edib - Sensasiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın politrus.com portalında anonim müəllifin Qarabağa dair sensasion məlumatı dərc olunub.

Virtualaz.org saytı xəbər verir ki, məlumatda Azərbayanın Qarabağı geri almaq üçün Ermənistana 5 milyard dollar təklif etdiyi iddia olunur.

Məlumatda deyilir: "Politrus.com saytının prezident İlham Əliyevin ətrafına yaxın məlumatlı mənbədən aldığı informasiyaya görə, Azərbaycan Emənistana 5 milyard dollar tranş verməyə hazırdır. Bu, Ermənistanın bütün xarici borcunu ödəməyə bəs edər. Pul köçürülməsini birbaşa iki ölkənin Mərkəzi bankları arasında deyil, beynəlxalq maliyyə strukturları, məsələn, Beynəlxalq Valyuta Fondu (BVF) üzərindən həyata keçirmək nəzərdə tutulur.

Bakı BVF-nin bu köçürmə üçün xidmət haqlarını da ödəməyə hazırdır. Bunun əvəzində Ermənistan 2015-ci ilin sonuna qədər Qarabağdan bütün hərbi birləşmələrini çıxarmalı və əraziləri 2019-cu ilədək orada qalacaq ATƏT, yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülhməramlılarının nəzarətinə verməlidir. Həmin dövrdə Azərbaycan Dağlıq Qarabağda paritet əsasda yerli hakimiyyət orqanları yaratmalı, Konstitusiyada dəyişiklik edib erməni dilinə ikinci regional dil statusu verməli, regionun bütün təhsil müəssisələrində erməni dilinin mütləq tədris edilməsini qanuniləşdirməlidir".

Sayt iddia edir ki, bu məsələ ilə bağlı danışıqlar Cenevrədə gedir. Rəsmi Bakı Dağlıq Qarabağ ermənilərinə ikili vətəndaşlıq verilməsinə müsbət baxmır. Çünki ikili vətəndaşlığa görə məsuliyyət nəzərdə tutulur. Ermənistan tərəfi isə öz vətəndaşlarının 180 təqvim günü ərzində Dağlıq Qarabağa sərbəst-gedib gələ bilməsini istəyir.

"Ən başlıcası isə budur ki, İrəvan kompensasiyanın məbləğinə razı deyil. Politrus.com-un mənbələrinin məlumatına görə, Serj Sərkisyanın emissarları bildirirlər ki, ancaq 10 milyard dollar məbləğində danışıqlara razıdırlar və pulun 3 il ərzində alınmasına razılıq verə bilərlər. Yəni ildə 3 milyard dollar. Bu isə Ermənistanın illik büdcəsinə bərabərdir" - deyə sayt iddia edir.

Qeyd edək ki, Azərbaycanın Qarabağ anlaşmasına görə Ermənistana hansısa formada milyardlarla dollar kompensasiya təklif etməsi barədə söz-söhbətlər çoxdandır dolaşır. Bakı rəsmiləri bir vaxtlar bildirmişdilər ki, Azərbaycan sülh razılaşmasından sonra Qarabağa milyardlarla dollar yatırmağa hazırdır.

Tarix
2014.08.12 / 17:59
Müəllif
Axar.az
Digər xəbərlər

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

İlham Əliyev Ərdoğana zəng etdi

Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama

Fransada müəmmalı ölümlər: Makronun arvadının sirli işləri

Şaranın Azərbaycan səfəri: Vacib olan məqamlar hansılardır?

Şaranın Azərbaycana səfəri başa çatdı

AZAL təyyarələrinin Ermənistan üzərindən uçuşu niyə dəyişilib?

Şara Heydər Əliyevin məzarını ziyarət etdi - Foto

İsrail və Suriya Bakıda danışıqlar aparacaq - KİV

Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla