Yuxarı

Azərbaycandakı seçkilər bunu təsdiqləyir... - Ürryen

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edən fransız jurnalist Yanik Ürryenin http://www.hebdobourseplus.com portalında “Azərbaycan: Prezident seçkiləri ölkənin sabitliyini təsdiqləyir” sərlövhəli məqaləsi dərc olunub.

Axar.az xəbər verir ki, prezident seçkilərinin qanun çərçivəsində, demokratik şəraitdə keçirildiyini vurğulayan jurnalist Y.Ürryen seçkilərin ölkənin həyatında mühüm hadisə olduğunu, onun siyasi vəziyyətini daha yaxşı anlamağa imkan yaratdığını bildirib. O, seçki məntəqələrində səsvermə üçün uzun növbələrin olduğunu müşahidə etdiyini diqqətə çatdırıb.

Jurnalist ölkəmiz haqqında ətraflı məlumat verərək, Azərbaycanın bütün sahələrdə qazandığı uğurların diqqəti cəlb etdiyini, əhalinin 93 faizinin müsəlman olmasına baxmayaraq, onun dünyəvi dövlət olduğunu, qadın hüquqlarına riayət edildiyini, müxtəlif dinlərin nümayəndələrinin tam harmoniya şəraitində yaşadığını vurğulayıb.

Ölkəmizdəki multikultural mühitə toxunan Y.Ürryen yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev xristianları Pasxa bayramı münasibətilə təbrik edərək onların öz etnik-dini xüsusiyyətlərini və adət-ənənələrini qoruyub yaşatmaqla, ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirak etdiklərini, respublikamızda gedən böyük tərəqqi prosesinə və vətəndaş cəmiyyəti quruculuğuna layiqli töhfələr verdiklərini xüsusi qeyd edib.

Məqalədə Cənubi Qafqazda Azərbaycanın Fransanın mühüm tərəfdaşı olması, onun Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynaması da diqqətə çatdırılıb.

Tarix
2018.04.13 / 00:33
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

TDT baş katibi diplomatlarımızı təbrik etdi

Ümid edirik ki, tezliklə Bakı və İrəvan... - ABŞ

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...

Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla