Yuxarı

Rusiya iqtisadiyyatı üçün əsl zəlzələ gözlənilir - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Layihənin qəbulu gözlənilmirdi, amma mümkün qədər çox tərəfdar toplamaq baxımından Moskva üçün vacib idi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli dünən axşam BMT Təhlükəsizlik Şurasında Rusiya qətnaməsi üzrə keçirilən səsverməyə münasibət bildirərkən qeyd edib. O bildirib ki, ABŞ, Britaniya və Fransanın qınandığı layihəni 15 üzv ölkədən 3-ü (Rusiya ilə birlikdə Çin və Boliviya) dəstəkləyib:

"8 ölkə əleyhinə səs verdi, 4-ü isə bitərəf qaldı. Diqqət çəkən detal budur ki, Rusiyanın rəsmi müttəfiqi Qazaxıstan bitərəf qalaraq Moskvanın yanında yer almadı".

Politoloqun sözlərinə görə, Qərbdə Rusiyaya qarşı sanksiya təzyiqinin də gücləndirilməsi planlaşdırılır:

"Britaniya hökuməti bəzi rusiyalı oliqarxlara qarşı sanksiyalara hazırlıq görür. ABŞ hökuməti isə Bəşər Əsədə dəstək verməsi səbəbi ilə Rusiyaya yeni sanksiyalar tətbiq etməyi düşünür. Konqresə Rusiyanın qiymətli kağızlarına sanksiya qoyulmasını nəzərdə tutan qanun layihəsi də təqdim olunub, lakin indiki mərhələdə Tramp hökuməti bu cür radikal addımı dəstəkləmir. Əslində bu tip sanksiya Rusiya iqtisadiyyatı üçün əsl zəlzələ olar. Hərçənd, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, dövlət katibi vəzifəsinə namizəd Pompeo iki gün əvvəl Senatda çıxışında "Putin hələ ki, bizim mesajımızı anlamayıb" deyərək sanksiyaların ağırlaşdırılmasına tərəfdar olduğunu bildirdi".

Politoloq vurğulayıb ki, Pompeo fevralın 7-də Suriyada rusiyalılar (Vaqner qrupu) ilə baş vermiş toqquşma barədə ilk dəfə danışıb:

"ABŞ ordusunun zərbələri nəticəsində bir neçə yüz rusiyalının öldürüldüyünü açıqlayıb".

Ş.Cəfərli dünən axşam İsrailin Hələb ətrafındakı İran hərbi bazasını bombalamasına da münasibət bildirib:

"Maraqlıdır, raketləri vurduğunu iddia edən Suriya hökuməti nədənsə təyyarələri vura bilmir".

Tarix
2018.04.16 / 09:18
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla