Yuxarı

Putin Karapetyana açıq mətnlə təlimat verdi - Hədəf

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva öz adamı Karen Karapetyanın vəziyyəti nəzarət altına ala bilmədiyini gördükdən sonra Ermənistandakı proseslərə müdaxilə etməyə başlayıb.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, Putin Ermənistanda hadisələrin inkişafından narahatdır:

“Putin dünən Prezident Armen Sərkisyanla danışmışdı. Sonra Xarici İşlər naziri Nalbəndyan Moskvaya çağırıldı. Bu gün isə Putin və Karapetyan arasında telefon danışığı oldu. Bu barədə Kreml tərəfindən yayılan məlumatda aşağıdakı cümlə diqqət çəkir: “Ermənistandakı böhran 2017-ci ilin aprelindəki legitim (halbuki aksiyalar seçkilərin saxtalaşdırıldığı və qeyri-legitim olduğunun nəticəsidir - red.) parlament seçkilərinin nəticələri əsasında həllini tapmalıdır”.

Politoloq bu cümlədəki fikri izah edib:

“Son parlament seçkilərində Serj Sərkisyanın Respublika Partiyası 49% səslə qalib gəlib və 105 yerlik parlamentdə 58 mandat qazanıb. Daşnakların 7 deputatı ilə birlikdə hakim çoxluq formalaşdırılıb. Nikol Paşinyanın daxil olduğu Yelk (Çıxış) Bloku isə 7,8% səslə 9 yer əldə edib. İndi Paşinyan deyir ki, baş nazir özüm olmalıyam və ölkəni erkən seçkilərə mən aparmalıyam. Putin isə yuxarıdakı cümlə ilə anlatmağa çalışır ki, son seçkilərin nəticələri əsasında formalaşmış konfiqurasiya pozulmamalıdır, yəni baş nazir Paşinyan yox, məhz çoxluğa malik RP-nin təmsilçisi, Karen Karapetyan olmalıdır".

Politoloq vurğulayıb ki, əgər baş nazir Karapetyan olsa, o, hazırda dağılmış, demotivə olmuş, oriyentasiyasını itirmiş hakimiyyət komandasını seçkilərə qədər toparlamağa, özünü güc strukturları başda olmaqla, bürokratik aparata qəbul etdirməyə və beləliklə, seçkilərə güclü şəkildə girib, admin-resursu işə salmaqla yenidən RP-nin qələbəsini təmin etməyə çalışacaq:

“Paşinyan bunu çox yaxşı anladığı üçün RP-nin dərhal iqtidardan çəkilərək hakimiyyəti xalqın nümayəndəsinə təhvil verməyi tələb edir. Rusiya artıq mövqeyini ortaya qoydu. Moskva Paşinyanı istəmir”.

Tarix
2018.04.27 / 09:20
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla