Yuxarı

Azərbaycan Rusiya və İranla yeni dəhliz yaradır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Rusiya və İranla yeni dəhliz yaradır

İranda səfərdə olan Azərbaycanın Energetika naziri Pərviz Şahbazov mayın 7-də bu dövlətin Energetika naziri Rza Ardakanian ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə iki ölkənin enerji sistemləri arasında həyata keçirilən elektrik enerjisi mübadiləsi, elektrik enerjisinin satışı ilə bağlı görülən tədbirlər, “Xudafərin” və “Qız qalası” hidroqovşaqları, eyni zamanda, “Ordubad” və “Marazad” Su Elektrik Stansiyalarının tikintisi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. Bu istiqamətdə görülən işlər, eləcə də bu yaxınlarda İranın enerjinin istehsalı, ötürülməsi və paylanması üzrə şirkəti TAVANİR ilə Azərenerji ASC arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilənin imzalanması elektroenergetika sahəsində əməkdaşlığı dərinləşdirən addımlar kimi qiymətləndirilib.

Görüşdə həmçinin Azərbaycan-İran-Rusiya arasında elektrik enerjisi dəhlizinin yaradılması da müzakirə edilib. Üç ölkə arasında elektrik enerjisi sistemlərinin birləşdirilməsinin optimal variantının müəyyənləşdirilməsi üçün davamlı müzakirələrin məqsədəuyğunluğu qeyd edilib.

Görüş zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.

Tarix
2018.05.07 / 19:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla