Yuxarı

Şeyxin qərarına reaksiya: Saxtakar mollalar... - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi şəxslər var ki, onların dindən heç bir anlayışı yoxdur və dini özləri üçün sırf gəlir mənbəyinə çevirirlər, insanları aldadaraq, dini mərasimlər icra edirlər. Allahşükür Paşazadənin də xəbərdarlığı məhz bununla bağlıdır ki, idarə bu şəxslərə görə məsuliyyət daşımır.

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin Azərbaycanda saxta molla probleminin olması haqda xəbərdarlığını Axar.az-a şərh edən ilahiyyatçı Hacı Şahin deyib. O bildirib ki, A.Paşazadənin sözləri həm də cəmiyyətə bir mesajdır:

“Azərbaycanda fəaliyyət göstərən din xadimləri QMİ tərəfindən qeydiyyatdan keçirilir. Buna görə idarə yalnız qeydiyyatdan keçən din xadimlərinə görə məsuliyyət daşıyır. Dırnaqarası din xadimlərini müəyyənləşdirməkdən ötrü mütləq onların kimliyi tələb edilməlidir. İnsanlar onların nə dərəcə dini bilgilərə sahib olduğunu və ayinləri icra etmək səlahiyyətlərinin olub-olmadığını müəyyənləşdirməlidirlər. Bu, çox həssas məsələdir. Məclislərimizdə dini ayinlərin icrasını kimə gəldi tapşıra bilmərik. Bəzi insanlar var ki, Quranı üzdən oxuya, sözləri düzgün tələffüz edə bilmir. Adi kiril, bəzən də latın qrafikası ilə yazılmış surələri oxumağı bacarmır. İnsanlar da o surələri bilmədiyi üçün bu şəxslərə etibar edirlər”.

Məsələ ilə bağlı danışan digər ilahiyyatçı Elşad Miri bildirib ki, mollalıq etmək saxtakarlıqdır:

“Mollalığın özü saxtakarlıqdır. İndi saxtakar olmayan molla varmı? Bu, sonradan ortaya çıxan bir peşədir. İlahiyyatı bitirən insanlar dinşünasdır. Molla deyilən bir anlayış yoxdur”.

Tarix
2018.05.16 / 08:50
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla