Yuxarı

Şennak: Səməd Seyidovun yerinə başqası seçilməlidir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA-nın iyun ayında keçiriləcək yay sessiyasında Serbiya üzrə həmməruzəçi olan Səməd Seyidovu əvəzləyəcək şəxs seçiləcək.

Axar.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak deyib.

S.Şennak bildirib ki, AŞPA-nın Serbiya üzrə həmməruzəçisi Səməd Seyidov iki il müddətinə bütün hüquqlardan məhrum edildiyindən onun yerinə yeni həmməruzəçinin seçilməsinə ehtiyac var: “Səməd Seyidov bundan sonra vəzifəsini icra edə bilməyəcəyindən Serbiya üzrə yeni həmməruzəçi seçməliyik”.

Bu ilin iyun ayında Azərbaycana səfərləri gözlənilən həmməruzəçi S.Şennak səfərin təxirə salındığını da bildirib: “Azərbaycan üzrə digər həmməruzəçi Sezar Florin Preda da vəzifəsindən kənarlaşdırılıb və hazırda mən təkəm. İyun ayında keçiriləcək sessiyada Predanın da yerinə başqa nümayəndənin seçilməsi məsələsi müzakirə ediləcək. Ona görə səfərimiz təxirə salınıb. Yeni həmməruzəçi təyin olunduqdan sonra səfər baş tutacaq”.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞPA üzvləri Pedro Aqramunt, Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı sanksiyalar tətbiq edib. Sanksiya Pedro Aqramunta qarşı 10 il, digər üzvlərə qarşı 2 il ərzində qüvvədə olacaq.

Qərarda qeyd olunur ki, AŞPA üzvləri üçün nəzərdə tutulmuş “Davranış Qaydaları” Məcəlləsinin 25-ci bəndinə əsasən, S. Seyidovun öz işini məsuliyyətli və dürüst şəkildə icra etmədiyi, fəaliyyətində AŞPA-nın etik qaydalarını ciddi şəkildə pozduğu aşkarlanıb.

O, müvəqqəti olaraq Assambleyanın mandatından məhrum edilib.

S. Seyidov isə ittihamları tamamilə rədd edərək, bu sanksiyanın Azərbaycanı ASPA-dan uzaqlaşdırmağa xidmət etdiyini deyib: "Sanksiya qərarı Azərbaycana qarşı ikili standartların təzahürüdür. Bu qərarının heç bir əsası yoxdur, başdan ayağa qərəzlidir".

O, məhz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində fəaliyyət göstərən insanların sanksiyaya məruz qaldığını vurğulayıb: "Əsas məsələ Azərbaycanın milli maraqlarıdır. Biz buna müdaxiləyə imkan verməyəcəyik. Azərbaycanın AŞPA-da fəaliyyəti daha da yüksək formada təşkil ediləcək. Bu sanksiya Azərbaycana deyil, AŞPA-nın nüfuzuna mənfi təsir göstərəcək".

Tarix
2018.05.23 / 19:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla