Yuxarı

Ərdoğanın inaqurasiyası "Azerspace-1"dən yayımlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın inaqurasiyası "Azerspace-1"dən yayımlandı

Türkiyənin 12-ci dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın avqustun 28-də keçirilmiş andiçmə mərasimi bu ölkənin TRT kanalı tərəfindən milli peykimiz "Azərspace -1" üzərindən yayımlanıb.

Ümumilikdə, "Azərkosmos" ASC-nin Türkiyə yayım bazarında göstərdiyi xidmətlər bir çox uğurlu layihələrin həyata keçməsinə yol açıb.

"Azərkosmos" ASC-dən AzərTAc-a bildirilib ki, Türkiyənin bir çox məşhur telekanallarında yayımlanan proqramlar "Azerspace-1" peykinin resurslarından istifadə edərək ekranlara gəlir. Peykin xidmətlərindən xüsusilə idman proqramlarının yayımında geniş istifadə olunur. LigTV kanalında nümayiş olunan futbol və basketbol oyunları, 2014-cü ildə keçirilmiş futbol üzrə Türkiyə kuboku, bu il avqustun 25-də baş tutmuş Fənərbaxça-Qalatasaray final maçı "Azərspace-1" peykinin tutumlarından istifadə olunmaqla yayımlanıb.

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos" tərəfindən idarə edilən "Azərspace-1" peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

Tarix
2014.08.29 / 19:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla