Yuxarı

Yüksək vəzifəli azərbaycanlı primitiv səbəbin güdazına getdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu qədər strateji əhəmiyyətli post tutan azərbaycanlının məsuliyyət duyğusu o qədər yüksək həddə olmalı idi ki, bu səviyyədə primitiv davranışın güdazına getməsinlər.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Marneuli rayonunun icra başçısı Temur Abazovun həbsinə münasibət bildirərkən qeyd edib. O bildirib ki, Gürcüstanda soydaşlarımızla bağlı başladılan cinayət işinin təfsilatından geniş bilgisi yoxdur:

“Videoya çəkilmiş dəlil-sübut olmasaydı, bu səviyyədə mövqeyə sahib şəxs barədə həbs qətimkan tədbirinin həyata keçirilməsi mümkün olmazdı. Hər halda Marneuli kimi strateji əhəmiyyəti böyük olan bir bölgədə soydaşımızın siyasi postunu itirməsi üzücü bir hadisədir. Ümid edək ki, sonluğu yaxşı olacaq”.

Millət vəkili vurğulayıb ki, Gürcüstanda önə çıxa bilən hər bir kadr bizim üçün əlahiddə bir dəyərə malikdir:

“Məsələn, hansısa bir futbolçumuz Avropa klublarının birinə gedir, elementar davranış qaydalarına əməl edə bilmədiyinə görə iki ay sonra ölkəmizi Avropada yaxşı mənada tanıtım imkanını itirir və geri qaytarılır. Əvəzində isə erməni Mxitaryan Avropanın bir aparıcı klubundan digərlərinə transfer olunub, həm özünə, həm də Ermənistana pul və şöhrət qazandırır. Davranışı ilə də başqalarına rahatsızlıq yaratmır. Yəni Gürcüstanda azərbaycanlı kadrların sayı da çox deyil və soydaşlarımızın təmsilçilik imkanları bu cür hərəkətlərlə xeyli məhdudlaşır. Hüquq çərçivəsində çözülməli məsələləri qaba formada çözməyə çalışanda həm özünü, həm də başqa vacib milli personaları zərbə altına qoyarsan. Bu məsələdən xeyli üzgünəm və bundan sonrakılara görk olmalıdır ki, qonşu ölkədə kiçik bir mövqenin itirilməsinin ən böyük zərbəsi orada dədə-baba yurdumuzda əsrlərdir yaşayan qardaş-bacılarımıza dəyir”.

Qeyd edək ki, iyunun 11-də Tiflisdə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs Feysbuk üzərindən canlı yayım edərək T.Abazov və Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E.Allahverdiyevin alçaldılaraq üzr istədiyi videogörüntü sosial şəbəkədə yayılıb. Görüntülərdə T.Abazovun da olduğu iddia edilir.

Video qısa zaman ərzində sosial şəbəkədə geniş yayılıb və istifadəçilərin hiddətinə səbəb olub.

Bunun ardınca Gürcüstanın Marneuli rayonunun icra başçısı Temur Abazov həbs olunub.

Tarix
2018.06.17 / 11:29
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla