Yuxarı

Bərbad gimnaziya: dərs başlayır, direktorsa Türkiyədə dincəlir – Şikayət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təhsil Nazirliyinin tabeçiliyində olan Respublika İncəsənət Gimnaziyasının uzun illərdir bərbad vəziyyətdə olması tələbə və valideynləri narahat edir. Gimnaziyanın yardımçı binasının sökülməsi ilə 200 nəfərdən çox müəllim otaqsız qalıb. Yeni dərs ilində onların harada dərs keçəcəyi də bilinmir. Ancaq gimnaziyanın direktoru Mahizər Şabanbəyovanı nə gimnaziyanın, nə də müəllimlərin vəziyyəti qətiyyən maraqlandırır".

Bu sözləri Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında təhsil alan tələbələrin valideynləri və müəllimlər Axar.az-a göndərdikləri şikayət məktubunda qeyd ediblər. Valideynlər yeni dərs ilinin başlamasına bir neçə gün qalmasına baxmayaraq, gimnaziyanın vəziyyətinin bərbad olduğunu deyirlər. Onların sözlərinə görə, ötən dərs ilinin sonunda gimnaziyanın yardımçı binasının sökülməsi və 200-dən çox müəllimin otaqsız qalması onları narahat edir.

Valideyn və müəllim heyəti məktubunda qeyd edir ki, bununla bağlı dəfələrlə gimnaziyanın direktoru ilə əlaqə saxlamağa çalışıblar:

"Bir müddət öncə gimnaziyanın yardımçı binası sökülüb. Sökülən binada 80 nəfər teatr və 150 nəfər rəssamlıq şöbəsinin müəllimi çalışırdı. Yeni dərs ilinin açılmasına bir neçə gün qalmasına baxmayaraq, hələ də müəllimlərin hansı sinif otaqlarında işləyəcəyi, nə qədər dərs yükü ilə təmin olunacaqları haqqında heç bir məlumat verilməyib. Direktorun özü ilə hələ də danışa bilməmişik. Köməkçisi hər zəng etdiyimizdə onun Təhsil Nazirliyinə çağırıldığını deyir.

Sonradan öyrəndik ki, 69 yaşlı Mahizər Şabanbəyova Türkiyədə istirahətdədir. Onu nə gimnaziyanın bərbad vəziyyəti, nə də 200-dən çox yaradıcı müəllimin durumu maraqlandırır".

Məktubun sonunda gimnaziyanın müəllim və valideyn heyəti ümidlərinin ancaq təhsilə diqqət və qayğısını əsirgəməyən Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya olduğunu qeyd edirlər.

Tarix
2014.09.08 / 14:49
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla