Yuxarı

“Moskva Qarabağın həlli üçün Kerriyə şans verməyəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Moskva Qarabağın həlli üçün Kerriyə şans verməyəcək”

"İrəvan bu dəqiqə Moskvanın əlində bir alətdir".

Bu sözləri Axar.az-a politoloq Vəfa Quluzadə Qarabağda "böyük sülh sazişi" məsələsini şərh edərkən deyib. O, Moskvanın Qarabağdan asanlıqla əl çəkməyəcəyini bildirib:

"Qarabağ məsələsini həll etmək üçün gərək Qərb Rusiyanı məhdudlaşdırsın və Ermənistanı onun tabeliyindən ayıra bilsin. Çünki İrəvan bu dəqiqə Moskvanın əlində bir alətdir. Rusiya Dağlıq Qarabağın ərazi bütövlüyünü tanımır, amma eyni zamanda Qarabağın da həllini əngəlləyir. Ermənistan anlayır ki, problemin həlli olmadan onun gələcəyi yoxdur. İrəvan bunu çox arzu edir, amma dilə gətirməyə qorxur. Səbəb isə ondan ibarətdir ki, neçə dəfə Rusiya tərəfindən cəzalandırılıb.

Azərbaycanın isə mövqeyi tam konstruktivdir. Moskva hər zaman İrəvanı destruktiv mövqe tutmağa cəlb edərək və cəzalandıraraq, bu məsələnin həllini əngəlləyib. İndiki NATO-Rusiya qarşıdurmasında həll yalnız o halda mümkündür ki, Moskvanın Qarabağda maraqları olmasın. Başqa bir variant isə hakimiyyətə yeni hökumətin gətirilməsi ola bilər ki, o da imperiya maraqlarına sahib olmasın. Bugünkü Rusiya Qarabağın həllinə imkan verməyəcək. Mən Qərbin Ermənistanı Rusiyanın caynağından ayırmasının tərəfdarıyam. Bu olmadan məsələni həll etmək mümkün deyil. Əgər Kerrinin Azərbaycan torpaqlarına olan iddiadan ermənilərin əl çəkməsi, Qarabağdan qoşunlarını çıxartmaları məsələsində Moskvanın Ermənistana nəzarətinin qarşısını almağa gücü çatırsa, Qarabağ həll olunacaq".

Tarix
2014.09.10 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım etdi

Bakı Moskvanın kompensasiya ödəyəcəyinə ümid edir - Səfir

Ermənistan XİN-dən “Tramp Marşrutu” ilə bağlı açıqlama

İlham Əliyevin İrana səfəri planlaşdırılır

Prezidentdən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı paylaşım

Təyyarə qəzası: Türkiyəyə Ankarada “xəbərdarlıq” edildi? - Ağar

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb

Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...

Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...

Prezidentin ad günündən ailə - Fotosu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla