Yuxarı

Sabiq başçı bu vəzifəsindən azad edildi - 7 ay sonra

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabiq başçı bu vəzifəsindən azad edildi - 7 ay sonra

Bu ilin fevral ayında yaradılan “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Elçin Məmməd oğlu Hüseynəliyev vəzifəsindən azad edilib.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, sözügedən vəzifəyə Samin Amin oğlu Hüseynov təyin edilib.

Bu barədə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədr vəzifələrini müvəqqəti icra edən Nihad Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, Elçin Hüseynəliyev 2005–2016-cı illərdə Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı olub. O, uzun müddət “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin köməkçisi vəzifəsində çalışıb.

Tarix
2026.09.22 / 10:36
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla