Yuxarı

Qatillər iki polisimizi qətlə yetirdilər, amma... – Əli Həsənov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 2016-cı ilin iyulun 15-də baş verən hadisələrdə xalqın iradə ortaya qoyması qürurvericidir. Bu, qəhrəmanlıq salnaməsidir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə dövlət çevrilişinə cəhdin ikinci ildönümü ilə əlaqədar keçirilən anım təbirində deyib.

Ə.Həsənov Türkiyədə baş verənlərin bu il Gəncədə baş verən iğtişaşlarla oxşar olduğunu bildirib:

“Gəncədə xainlər dövlətçiliyə əl qaldırmaq istədilər. Onlar iki polis zabitini qətlə yetiriblər. Həmin qüvvələr məqsədlərinə nail ola bilmədilər. Bunlar Türkiyədə baş verən hadisə ilə oxşardır. 15 iyul gecəsini Azərbaycan Prezidenti və xalqı həyəcanla seyr etdi. Biz bu məsələdə Türkiyəyə lazımi dəstəyi verdik, Türkiyə xalqının yanında olduq. 1990-cı ilin yanvarında Azərbaycana faciə yaşadanlar ermənilər, erməni xisləti olanlar idi. Amma Türkiyədəki hadisələri törədənlər ölkə ilə bağlılıqları var idi. Bütün hallarda millətin iradəsinə qarşı gedənlər məğlub olurlar”.

O qeyd edib ki, millətin üzərinə tankla, silahla getmək olar, amma milli iradə ortadadırsa, həmin mllətə qalib gəlmək mümkünsüzdür:

“Millətin iradəsini ona rəhbərlik edən şəxsin simasında ifadə olunması dövlətin qüdrətini göstərir. Azərbaycan Türkiyə ilə qardaş dövlətdir, hər iki ölkə bir-birinə dəstək verir. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu!”

Tarix
2018.07.16 / 12:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla