Yuxarı

Düşmənin yeni təxribatları gözlənilir - Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfi Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar zamanı, müəyyən beynəlxalq tədbirlər ərəfəsində cəbhə bölgəsində gərginlik yaratmağa, təxribatlar törətməyə cəhd edir. Son günlər ölkəmizdə yaşanan hadisələrdən istifadə edən düşmənin kəşfiyyat-diversiya qrupu Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Axar.az xəbər verir ki, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü-1984-cü il təvəllüdlü Karen Kazaryan əsir götürülüb.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov Azvision.az-a bildirib ki, düşmənin təxribata əl atması bizim üçün gözləniləndir, çünki Ermənistan tərəfi bundan əvvəl də dəfələrlə diversiya hücumlarına cəhd göstərib. Polkovnik qeyd edib ki, sonuncu təxribatda məqsədin nə olduğu əsir götürülən Kazaryanın dindirilməsindən sonra bilinəcək.

"Cəbhə bölgəsindəki şərait nəzarət altındadır. Paşinyanın sərt çıxışlarından və oğlunu Dağlıq Qarabağa göndərilməsi ilə bağlı bəyanatından sonra cəbhə bölgəsində sakitliyin müəyyən şəkildə pozulması müşahidə olunurdu. Hətta onların Müdafiə Nazirliyinin bəzi vəzifəli şəxsləri Azərbaycanın hücumunu gözləmədən aktiv şəkildə döyüşlərə başlamaqla bizi masa arxasına oturmağa məcbur etmək kimi çıxışlar edirdilər. Bunun fonunda cəbhə bölgəsində hansısa diversiya qruplarının işləyəcəyi gözlənilən idi. Amma Azərbaycanın Müdafiə naziri Zakir Həsənov, nazirliyin rəhbərliyi daim cəbhə bölgəsindədir. Hər bir istiqamətdə gücləndirmə ilə bağlı tədbirlər görülür. Yeni alınan kəşfiyyat və müşahidə avadanlıqları yerləşdirilir. Ona görə də Qazax istiqamətində baş verən diversiyanın qarşısı alınıb, onlardan biri əsir götürülüb. Hazırda cəbhə bölgəsində vəziyyət silahlı qüvvələrimizin tam nəzarəti altındadır".

Ehtiyatda olan polkovnik qeyd edib ki, düşmənin yeni təxribatları gözlənilir:

"Biz düşmənin növbəti təxribatlarını gözləyirik. Ordumuz istənilən təxribatın qarşısını almağa tam hazırdır".

Tarix
2018.07.16 / 22:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla