Yuxarı

Prezidentin köməkçisi: Qarabağın həllinə çalışırıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə çalışır. Azərbaycan torpaqları erməni işğalından azad edildikdən sonra ANAMA-nın üzərinə məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəraitdə qayıtmalarının təmin olunması kimi önəmli vəzifə düşəcək.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaranmasının 20 illik yubileyi münasibətilə keçirilən tədbirdə deyib.

F. Ələsgərov qeyd edib ki, 20 il müddətində ANAMA qarşıya qoyulan tapşırıqları yerinə yetirib və sıralarına peşəkar kadrlar cəlb edib, maddi-texniki bazasını müasir standartlar səviyyəsinə yüksəldib.

Prezidentin köməkçisi onu da vurğulayıb ki, Azərbaycan prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq, işğaldan azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı qısa müddət ərzində 3,5 milyon kvadrat metrdən çox ərazi minalardan təmizlənib.

Tarix
2018.07.18 / 20:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının milli mövqeyi hörmətə layiqdir - Kosaçev

Azərbaycanın Çexiyadan haubitsa alır - Özəllikləri

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

Dəhliz savaşı qızışır: İran Dehliyə imkan vermir…

Prezident İqor Babuşkini qəbul etdi

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

Bu ərazilər Ordumuzun nəzarətinə keçdi

Delimitasiya Kirantsa çatdı: kənd bölünür – Foto

Azərbaycanda doğulan erməni nazir axtarışa verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla