Yuxarı

İrəvanda Kremlə qarşı bunu edənlər ya güllələnir, ya da...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyan Moskvanın nəbzini yoxlayır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Nikol Paşinyan odla su arasındadır:

“Ermənistanın baş naziri bir tərəfdən anlayır ki, ölkəsi Rusiyanın vassalıdır və bu asılılığı azaltmaq üçün hansısa mexanizmləri hərəkətə gətirməlidir. Ancaq digər tərəfdən bu mexanizmlərin hərəkətə gətirilməsi Moskvanın narazılığını artıracaq və bu amil Paşinyanın hakimiyyətini laxladacaq, onun əleyhinə işləyəcək. Serj Sərkisyan və Robert Köçəryan pusqudadır. Paşinyan Rusiya hərbi bazasının “əvvəlcədən razılaşdırılmayan” hərbi təlimlərindən bəhanə kimi istifadə edərək bunun Ermənistana qarşı təxribat mahiyyəti daşıdığını açıqladı. Halbuki rus generallar daha sonra açıqlama verərək, Ermənistanda bu il ərzində planlaşdırılan bütün təlimlərin razılaşdırıldığını bildirdilər”.

Politoloq vurğulayıb ki, Paşinyan Ermənistanın Rusiya və Qərb arasındakı məsafənin balaslaşdırılması fikrindən əl çəkməyərək, indi də Rusiya sərhəd qoşunlarının Ermənistandakı statusuna əl gəzdirmək istəyir:

“Bu istək Moskvanın Paşinyanın siyasəti haqqında qeyri-müəyyən suallarının sayını artıracaq. Digər tərəfdən, Paşinyanın bütün bu addımlarından sonra Serj Sərkisyan kimi Moskvadan kredit istəyib-istəməyəcəyi də maraqlıdır. Paşinyanın bu müraciətinə Kremlin hansı cavabı verəcəyi isə sual altındadır”.

Politoloq qeyd edib ki, Ermənistan Rusiyadan nə qədər çox uzaqlaşarsa, bu həm Cənubi Qafqazın, həm də Azərbaycanın xeyrinədir:

“Ancaq bunun baş verəcəyi ehtimalını yüksək qiymətləndirmirəm. Paşinyan hələ ki, Rusiyanın nəbzini yoxlayır, vurnuxur, Qərbin onu dəstəkləyəcəyinə əmin deyil. Ermənistan üçün Rusiyadan qopmaq asan yox, bəlkə də mümkün deyil. Bunu istəyənlər ya devrilirlər (Levon Ter-Petrosyan kimi), ya da qətlə yetirilirlər (1999-cu ildə Ermənistan parlamentinin gülləbaran olunması)”.

Tarix
2018.07.23 / 17:06
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bolqarıstan prezidenti Azərbaycana gəlir

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Prezident Slovakiyanın baş naziri ilə görüşdü - Foto

Azərbaycana qarşı “cəza” kampaniyasını, görün, kim aparır

MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq

Milli Məclisin iclası başladı

Libbi Şuşaya niyə getdi? Millerdən ermənilərə cavab - Video

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol - Yeni video

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla