Yuxarı

Bir çox məsələnin həlli üçün şərait yaranıb - Poletayev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktauda imzalanmış Xəzərin hüquqi statusu barədə konvensiya regiona investisiyaların gəlişini asanlaşdıracaq.

Bunu Trend-ə qazaxıstanlı politoloq Eduard Poletayev deyib.

E.Poletayevin sözlərinə görə, bu konvensiya uzunmüddətli perspektivə hesablanmış konseptual sənəddir:

“Xəzər dənizinin nizamlanmamış statusu fərqli qüvvələrin müxtəlif spekulyasiyaları üçün meydana çevrilmişdi. İndi bu cür spekulyasiyalar azalacaq. Beynəlxalq müqavilələrin bir növü olan konvensiya adətən bir mövzu ilə bağlı bütün məsələləri əhatə edir. Düzdür, bir sıra mübahisəli məqamlar konvensiyadan kənar qalsa da, bu məsələlər iki və ya üçtərəfli razılaşmalarla həll olunacaq. Ümumilikdə konvensiyanın imzalanması Xəzəryanı dövlətlərin əməkdaşlığında şəffaflığın artırılmasına və qarşılıqlı etimadın güclənməsinə xidmət edəcək”.

Politoloq bildirib ki, bu sənəd həmçinin təhlükəsizlik üçün cari və potensial təhdidlərə cavab olacaq:

“Konvensiya bir çox məsələnin münaqişəsiz həlli üçün şərait yaradıb. Sənədin imzalanması əsasən neft və qaz yataqlarının mənsubiyyəti barədə mübahisələrin həllini, Xəzərin dibi ilə boru kəmərlərinin çəkilməsi imkanlarını, Xəzərdə təhlükəsizlik məsələlərinin, xüsusilə də üçüncü ölkələrin hərbi qüvvələrinin mövcudluğu məsələlərinin həll olunmasını asanlaşdırmalıdır”.

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

Tarix
2018.08.14 / 00:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla