Yuxarı

3 şəhərimizdə 3 ev yandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
3 şəhərimizdə 3 ev yandı

"Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, bu gecə ölkənin müxtəlif şəhərlərində 3 evdə yanğın olub.

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 216 kv.m olan (hər mərtəbəsi 108 kv.m) ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 108 kv.m sahədə yanıb və evə bitişik ümumi sahəsi 60 kv.m olan talvarın yanar konstruksiyaları (üst örtüyü şifer, atma taxtalardan ibarət) yüksək temperaturdan qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Saat 05:51-də yanğınsöndürənlər tərəfindən söndürülən ikinci yanğın hadisəsi Cəlilabad şəhərində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 6 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sonuncu yanğın hadisəsi Ağdaş rayonu, Yenikənd kəndində olub. Kənd sakininə məxsus ümumi sahəsi 88 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının qamışdan ibarət tavanı 24 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı itki baş verməyib.

Tarix
2013.12.02 / 08:47
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Çinə başsağlığı verdi

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla