Yuxarı

“Nazir deputatların telefonuna aylarla cavab vermir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin iclasında gündəlikdəki məsələlərin müzakirəsi davam edir.

Musavat.com xəbər verir ki, Qüdrət Həsənquliyev Naxçıvan Muxtar Respublikasının 90 illiyinin Bakıda da dövlət səviyyəsində qeyd olunması təklifini verib. Naxçıvana muxtariyyət verilməsinin zərurətdən doğduğunu deyib, o zaman Göyçə və Zəngəzurun Ermənistana verildiyini xatırladıb. Ona görə də bu tarixi həqiqətlərin ölkə əhalisinə çatdırılmasını zəruri sayıb.

Zahid Oruc vitse-spiker Bahar Muradovanın hökumətyönümlü QHT-lərin də xaricdən qrant aldığı barədə dediklərinə sərgilədiyi iradlı mövqeyə toxunub. Deputat beynəlxalq ekspert Pol Qobla istinadən deyib ki, qrant alan siyasətçi öz ölkəsinə xəyanət edəcək: "Şəxsən mənə görə xaricdən qrantların alınması ümumiyyətlə, qadağan olunmalıdır".

Z.Oruc onu da deyib ki, cəbhə xətti yaxınlığında çalışan müəllimlərə fərqli münasibət göstərilməlidir, onların əməkhaqqı fərqləndirilməlidir.

Z.Oruc Rusiya ilə münasibətlərdən də danışıb: "Qoy Almaniya kansleri Angela Merkel öz evində Rusiyadan gələn qazı kəssin, ona soyuq olsun, biz də bilək ki, o, həqiqətən Ukraynaya görə özünü fəda edir".

Deputatın fikrincə, Azərbaycan Rusiya ilə əlaqələrə üstünlük verməlidir: "Bunun Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinin həllinə də xeyri var. Bu gün bəziləri Rusiyaya meydan təfəkkürü ilə yanaşaraq, bu ölkə ilə əlaqələrin qurulmasına qarşı çıxır. Bu düzgün deyil. Jirinovskinin ulu öndərin qarşısında əyilən başı bizə lazım olacaq".

Ziyafət Əsgərov növbəti dəfə Z.Orucun ardınca F.Ağamalının çıxışa yazıldığını xüsusi vurğu ilə deyib və "Bilmirəm təsadüfdən, yoxsa zərurətdəndir, ikinci dəfə Zahid Orucdan sonra Fəzail müəllim çıxış edir" deyə gülüb. F.Ağamalı isə "atmacanızı təbəssümlə qəbul edirəm" qeydi ilə deyib ki, Avropa özünün böyük avantürası ilə Azərbaycana gəlmək niyyəti varsa, biz onunla bir yerdə olmalı deyilik:

"Avropanın Ukrayna və Gürcüstana gətirdiyi fəlakətlər göz önündədir. Biz Rusiyanın Azərbaycana etdiklərini, ötən əsrin əvvəllərində Azərbaycanın 26 min kv.km-lik ərazini, İrəvan, Göyçə və Zəngəzuru da unutmalı deyilik. Lakin buna əsaslanıb Rusiyanın üzərinə getməli də deyilik. Çalışmalıyıq ki, bugünkü Rusiya 90-cı illərin əvvəllərindəki Rusiya olmasın".

Deputat cəbhə bölgəsindəki durumla bağlı informasiya təhlükəsizliyi ilə bağlı yeni qanuna ehtiyac olduğunu da bildirib və təklif verərək deyib ki, PA rəhbərinin mətbuata tövsiyələrinin yerinə yetiriləcəyinə inanmadığı üçün qanun qəbulunu zəruri sayır.

F.Ağamalı ikili nikahlarla bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin qəbulunu zəruri sayıb, ikili nikahlardan doğulan 25 min uşağı taleyin ümidinə buraxmamağa çağırıb. Eyni zamanda bildirib ki, ikili nikahın əleyhinədir.

Siyavuş Novruzov isə bir daha QHT-lərlə bağlı atılan addımlara haqq qazandırıb: "Amerikada vergidən yayınanları dərhal həbsə atırlar. Bəlkə məhkəmə keçiriləcək və məhkəmə deyəcək, bunun günahı yoxdur, niyə biz səbrsizlik edirik?"

S.Novruzov parlamentə düşməyən, ancaq baryeri aşan partiyalar üçün nəzərdə tutulan 10 faizlik maliyyə vəsaitinin xərclənmədiyini xatırladıb. O, bu vəsaitin parlamentdə təmsil olunan partiyalar arasında proporsional əsaslarla bölünməsi barədə layihəyə dəstək verib.

Elmira Axundova QHT-lərin xaricdən qrant almasına qarşı çıxıb: "Çünki xarici qrantlar təxribatdan başqa bir şey deyil".

Əli Məsimli Rəqabət Məcəlləsinin, "Reklam haqqında" qanunun qəbul olunmasını zəruri sayıb.

Sabir Rüstəmxanlı Azərbaycana qarşı qərəzli siyasətə etiraz edən deputatların çıxışlarını dəstəkləyib və deyib ki, bu gün bir sıra ölkələrdə gedən proseslər min il bundan əvvəl başlamış səlib yürüşünü islam ölkələrinin öz içərisində salmağa çalışır: "Azərbaycan və Türkiyə də bu planlardan kənarda deyil. QHT adına Azərbaycan içərisində körükləmələr həmin planın tərkib hissəsidir. Ancaq biz bu məsələlərə daha səbrlə, təmkinlə yanaşmalıyıq. Əməkdaşlıq etdiyimiz təşkilatlarla təhdid, cığallıq dili ilə danışmaq olmaz. Azərbaycan Avropanın bir hissədir. Sən demə, Rusiya mələkmiş, Qərb isə bütün fəlakətlərimizə baismiş. Biz Qərbin bu cür tələblərini gözləmədən Azərbaycanda məmur-vətəndaş münasibətlərini nizamlamalıyıq. Adamlara vəzifəlilərin hansı münasibət göstərməsi göz önündədir. Aylarla nazir deputatların telefonuna cavab vermirsə, demək, bizdə insan haqları pozulur".

S.Rüstəmxanlı deyib ki, QHT-lər içərisində erməni maliyyəsi ilə qidalanan var, bunu heç kim dana bilmz. Amma bütövlükdə bu sektora hücum etmək olmaz:

"Bəzən qəzetlərdə heç dəxli olmayan adamlar gah Obamanı təhqir edir, gah Avropanı. Bu mövqelərdən müəyyən nəticələr çıxartmalıyıq. Elə etməməliyik ki, xırda məmurların yanlışlıqları ölkənin böyük maraqlarına xələl gətirsin".

Tarix
2014.09.30 / 15:17
Müəllif
Axar.az
Digər xəbərlər

Sübhaninin təxribat missiyası: Bakı-Tehran münasibətləri...

Bu pula Qarabağda 10 kənd və ya 2 böyük qəsəbə tikmək olardı

Mnatsakanyan işğalda iştirak etdiyini təsdiqlədi

Pyotr Qlıboçko Mehriban Əliyevaya məktub göndərdi

Onlar İlham Əliyevi təbrik etdi

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

MM-də təklif: Xocalı aeroportu yenidən fəaliyyətə başlasın

Pezeşkian İlham Əliyevə məktub göndərdi

MM-də müzakirə: Turandan sonra Elgünün qətli... - Deputatdan SOS

Daxili sabitlik olsa da, xaricdən müdaxilə cəhdləri… - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla