Yuxarı

Paşinyan II Qaregindən canını qurtarır – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın özü də II Qareginin istefaya göndərilməsində maraqlıdır.

Axar.az xəbər verir ki, bu sözləri erməni katolikos II Qareginin istefaya razılaşması ilə bağlı məsələyə münasibət bildirən analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, katolikosla bağlı ciddi ittihamlar var:

“Bütün etirazlara rəğmən istefa verməyən II Qaregini istefaya vadar edən səbəb ermənilərin onun 2008-ci il hadisələri zamanı dinc sakinlərə qarşı etdiyi gülləbarana münasibətidir. Belə ki, həmin ərəfədə mitinqçilərin güllələnməsinə din adamı II Qaregin də razılıq verib. Xüsusən də sonuncu günaha görə katolikosun məsuliyyətə cəlb olunmasını tələb edənlər də var. Hələ bir neçə il bundan əvvəl də sosial şəbəkədə fəaliyyət göstərən erməni vətəndaş təşəbbüsünün üzvləri “Biz katolikosun istefasını tələb edirik” adlı xüsusi bir müraciət yaymışdılar. Həmin müraciətdə ermənilər katalikos II Qaregini erməni kilsəsinin gələcəyinə təhlükə yaradan korrupsiyaya uğramış din xadimi kimi təqdim edirdilər. Bundan başqa onlar katolikosu erməni kilsəsi ilə xalq arasında böyük bir maneə yaratmaqda, kilsəyə güvənməyən və hörmətsizlik edən insanları ora toplamaqda, kilsə ilə hakimiyyət arasında yaranan qeyri-təbii və şübhəli “qardaşlıq”da və ən nəhayət, bizneslə məşğul olmaqda ittiham edirdilər”.

Analitik qeyd edib ki, Paşinyan xalqın bu etirazından istifadə edir:

“Ermənistanda din amili böyük əhəmiyyət kəsb edir. Hakimiyyətə kim gəlir- gəlsin, mütləq kilsənin də dəstəyini almağa çalışır. Bu baxımdan Paşinyan da kilsəni öz nəzarətinə keçirmək istəyir”.

Qeyd edək ki, dünən “Joxovurd” qəzeti II Qareginin istefaya getməyə hazırlaşdığı barədə informasiya yayıb.

Tarix
2018.09.21 / 17:12
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla