Yuxarı

Deputatımız Macarıstanda təltif olundu - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 26-da Macarıstanın Azərbaycandakı səfirliyində Milli Məclisin deputatı, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Xanhüseyn Kazımlının Macarıstanın “Zabitlər Xaçı ləyaqət ordeni” mükafatı ilə təltif olunması münasibətilə tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən səfir Viktor Sederkenyi Macarıstan ilə Azərbaycan arasındakı əlaqələrin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını söyləyib. Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq yüksək səviyyədədir. Siyasət, iqtisadiyyat və mədəniyyət, eləcə də parlamentlərarası əlaqələr sahələrində ikitərəfli əlaqələrimizin inkişafı üçün sıx əməkdaşlıq edən şəxslər var. Bu şəxslərdən biri də Milli Məclisin deputatı Xanhüseyn Kazımlıdır. O, Milli Məclisin deputatı, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri kimi parlamentlərimiz arasındakı əlaqələrin inkişafında mühüm rol oynayıb. Beləliklə, X.Kazımlı bu mükafatla Macarıstan-Azərbaycan əlaqələrinin dərinləşməsinə xidmət edən fəaliyyətinə görə təltif edilib.

Tədbirdə çıxış edən Xanhüseyn Kazımlı onu bu mükafatla təltif etdiyinə görə Macarıstan Prezidenti Yanoş Aderə təşəkkürünü bildirib. O deyib ki, iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Deputat Azərbaycan ilə Macarıstanın tarixi köklərə əsaslanan sıx münasibətlərinin olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, ölkələrimizin bir-biri ilə əməkdaşlığı strateji tərəfdaşlıq müstəvisində inkişaf edir.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafından bəhs edib. O, Azərbaycan və Macarıstan parlamentləri arasında əlaqələrin məmnunluq doğurduğunu vurğulayıb, iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəyə yüksəldiyini söyləyib. S.Seyidov qeyd edib ki, Xanhüseyn Kazımlı digər ölkələrin nümayəndələri ilə dostluq münasibətlərinin yaradılmasında, ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayıb. Bunun bariz nümunəsi kimi, o, Macarıstan Prezidenti tərəfindən mükafata layiq görülüb.

Tarix
2018.09.26 / 19:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla