Yuxarı

AŞPA-dan Ermənistana ciddi xəbərdarlıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AŞPA-dan Ermənistana ciddi xəbərdarlıq

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Azərbaycana qarşı təxribata cəhd edən Ermənistan nümayəndə heyətinə AŞPA tərəfindən ciddi xəbərdarlıq edilib.

Bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qurumun payız sessiyasının yekunlarını şərh edərkən deyib.

S.Seyidov qeyd edib ki, sessiyada ermənilər AŞPA-nın Siyasi Komitəsinin iclasında Dağlıq Qarabağ üzrə məruzəçinin təyin olunmasını, bu məruzənin adının Komitə üzvləri tərəfindən məhz "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" olduğunu, Komitənin gündəliyinə Dağlıq Qarabağ məsələsinin salındığını və bunu gündəlikdən çıxara bilmədiklərini görüb əvvəldən iclasın işini pozmağa başladılar: "Onlar bu məsələlərin gündəliyə gətirilməməsinə cəhd edirdilər. Əvvəlcə mikrofonu götürüb proqramı pozaraq dayanmadan danışmağa başladılar. İclası aparan sədr onlara şifahi qəti xəbərdarlıq etsə də, buna məhəl qoymadılar. Bunu görən iclasın rəhbərliyi onların mikrofonunu söndürdü, ermənilərin danışıqlarının tərcüməsi dayandırıldı. Daha sonra Ermənistan nümayəndə heyəti ayağa qalxaraq, hay-küy salmağa başladı. Bütün bunlardan sonra iclasın rəhbərliyi Ermənistan nümayəndə heyətinin zaldan çıxarılmasına və gündəliyi onlarsız müzakirə etməyə qərar verdi".

S.Seyidov deyib ki, bunun ardınca Ermənistan nümayəndə heyətinə ciddi xəbərdarlıq da qəbul olunub: "Bildirilib ki, Ermənistan nümayəndə heyətinin bu davranışları bir daha təkrar olunarsa, onlara qarşı sanksiyanın tətbiq olunması gündəmə gələ bilər".

Qeyd edək ki, AŞPA – nın payız sessiyası sentyabrın 28-dən oktyabrın 4-dək Strasburqda keçirilib.

Tarix
2014.10.06 / 13:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla