Yuxarı

Heydər Əliyev Fondu Türkiyədə bayram keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyev Fondu Türkiyədə bayram keçirdi

Heydər Əliyev Fondunun Türkiyədəki nümayəndəliyi müqəddəs Qurban bayramı münasibətilə İzmir və Əskişəhərdə təhsil alan azərbaycanlı tələbələr üçün bayram şənlikləri təşkil edib.

AzərTac xəbər verir ki, Fondun Türkiyədəki nümayəndəliyinin əməkdaşı Ramil Ağazadənin verdiyi məlumata görə, qurumun təşkilatçılığı ilə hər iki şəhərdə qurbanlıqlar kəsilərək tələbələrə, eləcə də yerli ailələrə paylanılıb.

İzmirdə keçirilən mərasimdə əvvəlcə tədbir iştirakçılarına Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bayram təbrikləri çatdırılıb. Daha sonra çıxış edən Azərbaycan diasporunun nümayəndələri, müxtəlif qeyri-hökumət təşkilatlarının rəhbərləri salona toplaşanları Qurban bayramı münasibətilə təbrik edərək, tələbələrimizə təhsillərini uğurla başa çatdırdıqdan sonra ölkəmizə layiqincə xidmət etməyi arzulayıblar.

Çıxışlarda Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyi, ölkəmizdə dini, milli və mənəvi dəyərlərə böyük hörmət və diqqət göstərildiyi vurğulanıb.

Şənlik Azərbaycan musiqisinin sədaları altında gənclərimizin rəqsləri ilə davam etdirilib.

Ramil Ağazadə bildirib ki, hər iki tədbirdə qardaş ölkədə təhsil alan azərbaycanlı gənclər, xarici ölkələri təmsil edən tələbələr, nüfuzlu universitetlərin müəllimləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tarix
2014.10.06 / 23:51
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla