Yuxarı

XİN fransız merinin Şuşaya səfərinə reaksiya verdi – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN fransız merinin Şuşaya səfərinə reaksiya verdi – Rəsmi

"Marlen Muryenin Azərbaycan Respublikasının razılığı olmadan işğal edilmiş Azərbaycan Respublikasının ərazilərinə səfəri qeyri-qanunidir və onun bu əməli Dövlət Sərhədi haqqında Azərbaycan Respublikasının Qanununun pozulmasıdır".

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məluma verilib.

Məlumatda Burq Le Valans şəhərinin merinin işğal olunmuş ərazilərə səfərinin ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın vasitəçilik fəaliyyətinə zidd olduğu deyilib:

"Fransa Prezidenti Fransua Olandın təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin Parisdə görüşünün keçirilməsi ərəfəsində Burq Le Valans şəhərinin merinin bu kimi qeyri-qanuni əməli Ermənistan və erməni diasporunun təsiri altında Fransa hökumətinə qarşı təxribatdır. Bu səfər və xüsusilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə qeyri-leqal olaraq "dostluq haqqında bəyanat"ın imzalanması öz doğma torpaqlarından, o cümlədən Şuşa şəhərindən Ermənistanın işğal, təcavüz və etnik təmizləmə əməlləri nəticəsində didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin həssas hisslərinə hörmətsizlikdir. Marlen Muryer işğal olunmuş qondarma Dağlıq Qarabağ rejimi ilə təmaslarına görə separatizm, etnik təmizləmə və insanlığa qarşı cinayətlərin təşviqində rol oynayaraq, Burq Le Valans şəhərinin sakinləri qarşısında daşıdığı məsuliyyətini dərk etməlidir. Ermənistan isə ənənələrinə sadiq qalaraq, bu kimi cılız və təxribatçı əməlləri ilə məqsədyönlü şəkildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə hər vəchlə xələl gətirməyə çalışır".

Qeyd edək ki, bir müddət öncə Ermənistan kütləvi informasiya vasitələrində Fransanın Burq Le Valans şəhərinin meri Marlen Muryenin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər etməsi və Şuşa şəhəri ilə Burq Le Valans arasında "dostluq haqqında bəyanat"ın imzalanmasına dair məlumat yerləşdirilmişdi.

Tarix
2014.10.08 / 15:03
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyevdən Sülh Sammiti ilə bağlı paylaşım - Foto

Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak etdi - Video

Pakistan prezidenti Sahibə Qafarovanı qəbul etdi

Azərbaycan və Rusiya regionun aparıcı ölkələridir - İran

Trampın İlham Əliyev barədə diqqətçəkən sözləri - Video

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Yaxın Şərqdə sülh! Tarix yazılır! - Hacıyev

Fələstinli satqınları dəhşətli ölüm gözləyir

İlham Əliyevlə Makronun səmimi görüşü - Video

İlham Əliyev Trampla görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla