Yuxarı

Bunun nəticəsində iri layihələr reallaşıb - Abutalıbov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistanın 2017-ci ildə işə düşən Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu dəhlizinə qoşulması Azərbaycanla Türkmənistan arasında ticarət və iqtisadi əlaqələrin daha da inkişafına təkan verəcək.

Axar.az, bunu baş nazirin müavini Hacıbala Abutalıbov Türkmənistanın müstəqilliyinin 27 illiyi münasibətilə ölkənin Bakıdakı səfirliyi tərəfindən təşkil olunmuş qəbulda deyib.

H.Abutalıbov türkmən tərəfini ölkənin müstəqilliyinin 27 illiyi münasibətilə təbrik edərək qeyd edib ki, iki ölkə xalqlarının ümumi kökləri və tarixi var.

H.Abutalıbov həmçinin, özünün Türkmənistanda Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olduğunu xatırladıb.

Baş nazirin müavini vurğulayıb ki, iki ölkə arasında əlaqələrə dəfələrlə Türkmənistana rəsmi səfər edən ümummilli lider Heydər Əliyev tərəfindən böyük əhəmiyyət verilib.

H.Abutalıbovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti də Türkmənistanla əlaqələrin möhkəmləndirilməsinə yönəlib və nəticədə iri layihələrin reallaşdırılması mümkün olub.

Yekunda baş nazirin müavini bir daha Azərbaycan və Türkmənistan qardaşlıq bağlarının toxunulmaz olduğunu qeyd edib.

Tarix
2018.10.18 / 00:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla