Yuxarı

Ekspert Bakıya gələn rus generalla bağlı xatirəsini bölüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekspert Bakıya gələn rus generalla bağlı xatirəsini bölüşdü

"Şoyqu barmağını mənə uzadaraq "çeçen terrorçularına Sizin ölkəniz də dəstək verir" ittihamını səsləndirdi".

Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Elxan Şahinoğlu öz Feysbuk səhifəsində çıxış edib.

O, Şoyqunun bir zamanlar ittihamlarını səsləndirdiyi Azərbaycana gəldiyini bildirib:

"1999-cu ildə ATƏT-in İstanbul sammitində jurnalist kimi iştirak edirdim. Xəbər tutdum ki, konfrans zallarından birində Rusiyanın o zamankı fövqəladə hallar naziri Sergey Şoyqu mətbuat konfransı keçirir. Qatıldım konfransa. Çeçenistan müharibəsinin ən şiddətli dövrü idi. Şoyqu da terrorçulardan danışırdı. Mövzu ilə bağlı sual vermişdim ki, Şoyqu barmağını mənə uzadaraq "çeçen terrorçularına Sizin ölkəniz də dəstək verir" ittihamını səsləndirdi. Ardınca "sübutunuz varmı" deyə, qarşılıq verdim, cavab gəlmədi. İndi həmin Şoyqu Müdafiə naziri vəzifəsində ittiham etdiyi ölkəyə səfərə gəlir. İmkanım olsaydı, bu dəfə ona belə sual verərdim: "Azərbaycanı vaxtilə ittiham edirdiniz ki, çeçenlərə yardım edir, bəs indi Ukraynanın şərqində separatçılara dəstək verən kimdir?"

Tarix
2014.10.11 / 14:22
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Kürd qruplaşmaları azərbaycanlılara çağırış etdilər

Azərbaycan AB-nin xüsusi diqqətinə layiqdir - Leterm

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

ABŞ-ın İrana qarşı 2 planı alınmadı - C planı işə düşdü

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

XIII Qlobal Bakı Forumu başa çatdı

Yaxın Şərqdə münaqişə çox uzun çəkəcək, buna hazırlaşın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla