Yuxarı

Bu, Bakı və Ankara üçün həyati əhəmiyyət daşıyır – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu layihə Azərbaycan üçün prioritet olmaqla yanaşı, həm də Türkiyə üçün vacibdir.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılışındakı nitqini şərh edən millət vəkili Fazil Mustafa deyib. Millət vəkili bildirib ki, Azərbaycanın Türkiyəyə kapital yatırımı çox önəmli hadisədir:

“Azərbaycan kənar dövlətə deyil, məhz Türkiyəyə yatırım etməklə birbaşa özünə xeyir verir. Bu layihə Azərbaycan üçün prioritet olmaqla yanaşı, həm də Türkiyə üçün vacibdir. Ən önəmlisi isə odur ki, iki dövlətin bir-birinə dəstək verməsi və bir-birinin güclənməsi üçün çalışması həyati əhəmiyyət daşıyır. Ona görə də bu layihənin siyasi və iqtisadi əhəmiyyətini çox yüksək qiymətləndirirəm”.

Millət vəkili Azərbaycan Prezidentinin Türkiyə ilə bağlı siyasətinin çox anlamlı və perspektivli olduğunu vurğulayıb:

“Çünki Azərbaycan qardaş ölkənin imkanlarını genişləndirməklə və özü də müəyyən gəlir qazanmaqla həm də qüdrətli bir türk dövlətinin gəlişməsinə köməklik göstərir. Bu baxımdan da “Star” neft emalı zavodunun açılışı tarixi və sevindirici hadisədir. Dövlət başçılarının açılışdakı isti münasibət isə əsl qardaşlığın, güclü siyasi iradənin təcəssümüdür”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılışını ediblər.

Tarix
2018.10.20 / 15:06
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla