Yuxarı

Fərhad Əliyev haradadır? – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fərhad Əliyev haradadır? – Özəl

Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev Çexiyadakı biznesini idarə edir.

Axar.az-a sabiq nazirə yaxın mənbədən verilən xəbərdə bildirilir ki, F.Əliyev hazırda Azərbaycandadır. Onun vaxtaşırı ölkə kənarına çıxdığı, əsasən də Çexiyada olan biznesinə nəzarət üçün Praqaya və Karlovı-Varıya getdiyi qeyd olunur.

Mənbənin sözlərinə görə, sabiq nazir Çexiyada əsasən yüngül sənaye biznesi ilə məşğuldur. Hələ nazir olduğu dövrdə bu biznes imkanlarını genişləndirən F.Əliyev həbsdən sonra da Çexiyadakı işini davam etdirir.
Qaynağımız qeyd edir ki, F.Əliyev ilin çox vaxtı Bakıda olur. Hətta arabir ata evinə - Cəlilabada baş çəkir. Orada onun qardaşı yaşayır.

Fərhad Şövlət oğlu Əliyev 1963-cü ildə Cəlilabad rayonunda anadan olub. 7 yaşında ikən atası Əliyev Şövlət xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olub. Bundan sonra ailənin bütün yükü anasının üzərinə düşüb və o, himayəsindəki 8 uşağı təkbaşına böyüdüb.

F.Əliyev 1990-97-ci illərdə turizm, ticarət, inşaat, istehsalat sahəsində işləyən özəl şirkətlərə başçılıq edib. 2001-ci ildə nazir təyin olunub. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 14 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Tarix
2014.10.13 / 08:45
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla