Yuxarı

Şeyx Azərbaycan və İran münasibətlərindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyx Azərbaycan və İran münasibətlərindən danışdı

İran və Azərbaycan, eləcə də onun liderləri arasında dostluq və qardaşlıq münasibətləri getdikcə daha da yaxşılaşır.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqamini qəbul edərkən deyib.

QMİ sədri əvvəlcə qeyd edib ki, bu gün bütün müsəlman aləminin bayramı - Qədir-Xum bayramı, Hz. Əlinin (ə.s) Məhəmməd Peyğəmbərin (s.ə.a.s) davamçısı elan olunduğu gündür: "Ona görə də iranlı qonaqları bu bayram münasibətilə təbrik edirik".

O, həmçinin İran İslam Respublikasının ali dini lideri Ayətullah Seyyid Əli Xamneyiyə Allahdan şəfalar diləyib. Ə.Xamneyinin ulu öndər Heydər Əliyevlə xoş münasibətləri olduğunu xatırladıb, həmçinin hazırda Prezident İlham Əlyevlə də münasibətlərin yüksək səviyyədə, dostluq və qardaşlıq səviyyəsində olduğunu bildirib: "Mən sevinirəm ki, iki ölkə və onun liderləri arasında bu dostluq və qardaşlıq münasibətləri getdikcə daha da yaxşılaşır".

A.Paşazadə Ə.Xamneyini Azərbaycana dəvət etdiyini, lakin bu səfərin baş tutub-tutmayacağı barədə xəbərsiz olduğunu deyib.

Şeyxülislamın sözlərinə görə, hazırda Azərbaycanla İran arasında bütün sahələrdə əlaqələr yüksək səviyyədədir və İ.Zərqaminin bu səfəri İranla Azərbaycan arasında əlaqələrin inkişafına dəstək olacaq.
İ.Zərqami də öz növbəsində, Qədir-Xum bayramı münasibətilə QMİ sədrini təbrik edib və deyib ki, A.Paşazadənin iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasında xüsusi rolu və əməyi var.
Onun fikrincə, müasir dünyada İslamın olduğu kimi təbliğ olunmasına ehtiyac var və bu məsələdə KİV-lər xüsusi rol oynamalıdır. Bu gün İranda 160-a yaxın radio və televiziya qurumunun olduğunu deyən İ.Zərqami onların 29 peyk vasitəsilə bütün dünyaya yayıldığını açıqlayıb.

Onun sözlərinə görə, KİV-lər bu məsələdə səhv yol tutarsa, bunun ziyanı çox böyük ola bilər: "Bizim ali dini liderimiz dəfələrlə mənə deyib ki, İslam dinini təkcə moizələrlə çatdırmaq kifayət etmir. Bu məsələdə kinonun, televiziyanın, radionun və s. rolu çox böyükdür".

İran RTT-nin sədrinin fikrincə, dini sahədə biliklər, İslam dini insanlara daha çox və düzgün çatdırılsa, insanlar daha yaxşı yaşayarlar.

Tarix
2014.10.13 / 16:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla