Yuxarı

Abbasov azərbaycanlıları Millətlər evinə yığır – Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abbasov azərbaycanlıları Millətlər evinə yığır – Səbəb

Oktyabrın 17-də Moskvanın Novaya Basmannaya küçəsi-13 ünvanında yerləşən Millətlər evində "Azerros"un fövqəladə yığıncağı keçiriləcək.

Bu barədə Axar.az-a "Azerros"dakı mənbələrdən məlumat daxil olub. Məlumata görə, tədbir saat 14-də başlayacaq, axşam saat 20-dək davam edəcək.

Toplantıya "Azerros"un Rusiyanın bütün bölgələrində fəaliyyət göstərən qurum liderləri dəvətlidirlər. Bundan başqa, toplantıya Bakıdan da qonaqlar qatılacaq.

Tədbirə sədrliyi "Azerros"un Ağsaqqallar Şurasının sədri Abbas Ababsov və qurumun Şura sədri Mehriban Sadıqova edəcək.

Toplanıtıda ilin sonunadək "Azerros"un Rusiyanın bütün federal subyektlərdə yerli təşkilatının qurulması, nizamlı şəkildə üzvlük haqlarının yığılması, bir sözlə, total şəkildə təşkilatlanma barədə müzakirələr aparılacaq.

Mənbə onu da deyir ki, "Azerros"un yerli qurum sədrləri ilə Abbas Ababsovun təkbətək görüşü də keçiriləcək. Onların hər birinə ayrıca təlimatlar veriləcək. Amma bu təlimatların nədən ibarət olduğu bəlli deyil.

Tarix
2014.10.15 / 14:31
Müəllif
Ceyhun Səmədov
Digər xəbərlər

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla