Yuxarı

İran ABŞ-a bu zərbəni vura bilməz - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın sanksiyalara qarşılıq olaraq Hörmüz boğazını bağlaması ehtimalı sadəcə cəfəngiyyatdır.

Bunu Axar.az-a rusiyalı politoloq Viktor Nayedin-Rayevskinin İranla bağlı səsləndirdiyi iddianın mümkünlüyü barədə danışan ekspert İlqar Vəlizadə deyib. Politoloq bildirib ki, İrana qarşı sanksiyalar işə düşən kimi dərhal sözügedən iddia da gündəmə gətirilir:

“İran rəsmiləri də ara-sıra bu məsələni qaldırırlar. Ancaq Hörmüz boğazı ilə bağlı səsləndirilən iddiaların İran, yaxud da ABŞ-la birbaşa əlaqəsi yoxdur. Bu boğazdan Küveyt, İraq, Səudiyyə Ərəbistanı, BƏƏ kimi ölkələr də istifadə edir. Hörmüz boğazının bağlaması ABŞ-dan çox, sözügedən ölkələrə zərbə vura bilər. Çətin dönəmdən keçən İranın belə bir qarşıdurmanı gözə alması tamamilə mümkünsüzdür. Üstəlik, indiki dövrdə Tehrana əlavə problem lazım deyil”.

Qeyd edək ki, rusiyalı politoloq Viktor Nayedin-Rayevski İranın sanksiyalara cavab olaraq Hörmüz boğazını bağlamaqla ABŞ-ın iqtisadiyyatına sarsıdıcı zərbə vura biləcəyini bildirib.

Tarix
2018.11.07 / 17:02
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla