Yuxarı

İlham Əliyev və xanımı Gəncədə - Yeniləndi (8)

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:34

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboy rayonuna səfərə gəliblər.

Azərtac xəbər verir ki, dövlətimizin başçısı və xanımı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Goranboy rayonunun mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son vaxtlar rayonda görülən işlər və Ulu Öndərin yeni ucaldılan abidəsinin ətrafında aparılan geniş abadlıq tədbirləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri nəticəsində burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq zolaqlarının salındığı parkda orijinal memarlıq quruluşuna malik Heydər Əliyev Mərkəzi inşa edilib.

***

12:47

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Goranboy" paylayıcı elektrik məntəqəsində görülən işlərlə tanış oldular.

***

12:51

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun açılışında iştirak ediblər.

***

13:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Goranboy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrasının başa çatması ilə əlaqədar təşkil olunan mərasimdə iştirak ediblər.

***

13:54

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboyda Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərinə səfərə gəliblər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərindəki "İmamzadə" kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olublar.

19:22

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərində "Stadler" vaqon istehsalı zavodunun təməlqoyma mərasimində iştirak ediblər.

***

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak ediblər.

***

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olublar.

***

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncə şəhərində inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

20:30

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncəyə səfərləri çərçivəsində Cavad xan küçəsində olublar.

***

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərindəki Heydər Əliyev Parkında olublar.

Tarix
2014.10.18 / 20:30
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla