Yuxarı

Rusiyaya gedən şaftalı yükündən marixuana çıxdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyaya gedən şaftalı yükündən marixuana çıxdı - Video

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Axar.az-a bildirilib ki, Astara gömrük postunda İrandan Rusiyaya “şaftalı” yükü aparan yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılaraq gömrük nəzarətinə cəlb edilib.

Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilərək kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb, yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.

Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 104 ədəd "şaftalı" formalı qablaşdırmada xalis təmiz çəkisi 51 kq 906 qram narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2026.09.26 / 10:54
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla