Yuxarı

Elçin Quliyev Qırğızıstanda MDB iclasında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın Tokmok şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) 80-ci iclası keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus, Tacikistan, Özbəkistan, Türkmənistanın müvafiq qurumlarının, həmçinin bir sıra beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri iştirak ediblər.

Azərbaycanı iclasda Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev təmsil edib.

İclasda 2018-ci ildə SQKŞ-nin fəaliyyətinə yekun vurulub, 2016-2020-ci illərdə xarici sərhədlərdə təhlükəsizliyin möhkəmlənməsində MDB ölkələrinin əməkdaşlıq proqramı və transsərhəd cinayətkarlıqla mübarizə üzrə bundan əvvəl qəbul edilən beş dövlətlərarası proqram müzakirə olunub.

Tədbirdə MDB məkanında sərhədlərin təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparılıb. Bundan başqa, 2019-cu ildə qarşıda duran mühüm məsələlər müzakirə olunub.

Tarix
2018.11.15 / 00:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla