Yuxarı

Generallar Bakıda: görüşün məqsədi.. – Nazir açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Gürcüstan-Türkiyə hərbi rəhbərlərinin 4-cü üçtərəfli görüşü Türkiyədə keçiriləcək.

Report xəbər verir ki, bunu Bakıda keçirilən 3-cü üçtərəfli görüşün yekunlarına dair mətbuat konfransında Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

O qeyd edib ki, Bakı görüşü üç qardaş ölkənin rəhbərlərinin tapşırıqları əsasında həyata keçirilib.

Nazir qeyd edib ki, görüş vaxtı regionda hərbi siyasi vəziyyət müzakirə edilib:

“Görüş 3 qardaş ölkə əməkdaşlığının strateji səviyyədə olmasını təsdiq edir. Görüşün məqsədi 3 qardaş dövlətin regionda həyata keçirilən strateji, iqtisadi layihələrin təhlükəsizliyini təmin edilməsi, bölgədə sülhün və sabitliyin qorunmasına dəstək verməkdir".

Z.Həsənov qeyd edib ki, görüşdə işçi qrupunun bir neçə il ərzindəki fəaliyyətinə dair hesabat da dinlənilib:

"2019-cu ilin fəaliyyət planını da təsdiqlədik. Görüşdə beynəlxaq hüquq əsaslanaraq dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı məsələsi vurğulandı. Üçtərəfli formatda hər üç ölkənin ordularının daha yüksək səviyyədə əməkdaşlığı təsdiq edildi. Hərbi, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi planlaşdırılır və bununla bağlı qərar verdik. İqtisadi layihələrin təhlükəsizliyinin təmin olunması ilə bağlı üçtərəfli komanda qərargah təlimləri hazırda Türkiyə ərazində keçirilir. Bu ildən etibarən təlimlərdə əsgəri gücdən istifadə olunur. Növbəti üçtərəfli görüş Türkiyədə keçiriləcək".

Tarix
2018.11.21 / 13:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla