Yuxarı

Alman nazir Bakıya Qarabağa görə gəlib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alman nazir Bakıya Qarabağa görə gəlib

"Yəqin ki, Parisdə 7 yeddi rayonun geri qaytarılması məsələsi əsas müzakirə mövzusu olacaq".

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Almaniya Xarici İşlər naziri Frank-Valter Ştaynmayerin Azərbaycan səfərini şərh edərkən dedi.

Onun sözlərinə görə, prezidentlərin Paris görüşü ərəfəsində bu səfər xüsusi əhəmiyyət daşıyır:

"Alman nazirin Azərbaycana səfərində əsas müzakirə mövzusu Qarabağ problemi olacaq. Güman edirəm ki, Paris görüşündə irəliləyişlərə nail olmaq mümkün olacaq. Son zamanlar ikitərəfli və üçtərəfli görüşlərdə 7 rayonun qaytarılması müzakirə olunur. Fikrimcə, bu görüş həlledici olacaq".

Alman nazirin Azərbaycana gəlişinin əsas məqsədinin Avropanın enerji təhlükəsizliyi olduğunu deyən politoloq bu layihələr fonunda Avropanın Azərbaycana hərtərəfli dəstəyini istisna etməyib:

"Avropanın bu gün əsas problemi rus qazından asılılıqdır. Yetər ki, Azərbaycanın layihələri reallaşsın və Avropanı qazla təmin etsin. Buna görə Avropa, xüsusilə də Almaniya Azərbaycana hər cür köməklik etməyə hazırdır".

Bu səfərin əsas pərdəarxası məqamının Azərbaycanı Rusiya təzyiqlərindən qorumaq olduğunu deyən politoloq istənilən halda layihələrin reallaşacağını bildirdi:

"Əsas məqam Azərbaycanı Rusiya alovundan qorumaqdır. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dünən verdiyi açıqlamada ölkəsinin Türkmənistan qazının Avropaya nəqlinə etiraz etdiyini bir daha ortaya qoydu. Buna görə də Avropanın əsas məqsədi həm də ölkəmizi qorumaq, layihələrin təhlükəsizliyini təmin etməkdir".

Tarix
2014.10.23 / 08:45
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları ilə bağlı dəyişiklik

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla