Yuxarı

“Rusiya İranı dilə tutmağa çalışır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rusiya İranı dilə tutmağa çalışır”

"Rus nümayəndələrinin tez-tez İrana səfər etməsində başqa bir məqam axtarmaq gərək deyil".

Bu sözləri Axar.az-a politoloq Vəfa Quluzadə son günlər Rusiya rəsmilərinin tez-tez İrana səfər etməsiylə bağlı məsələni şərh edərkən söyləyib. O, hazırda Rusiya ilə İran arasında yaxınlaşmanın olmadığını bildirib:

"Rusiya yüksək vəzifəli şəxslərinin İrana son günlər tez-tez səfər etməsinin əsas səbəbi Tehranın dünya bazarın öz neftini çıxarmaq istəməsidir. O, bu barədə açıq bəyanat verib. Bu da Moskvaya növbəti böyük zərbə ola bilər. Ona görə də Tehranın bunu etməməsi üçün Kreml rəsmiləri İranı dilə tutmağa çalışırlar. İndi görək Kreml İrana bu tip şeylərdən əl çəkməsinin qarşılığında bir şey təklif edə bilərmi?

Ona görə də rus nümayəndələrinin tez-tez İrana səfər etməsində başqa bir məqam axtarmaq gərək deyil. Rusiya sanksiyalar altındadır və bu dəqiqə çalışdığı əsas şey də bacardığı qədər onlardan qaçmaq, sanksiyları yumşaltmaq, eləcə də başqa ölkələri də ona bu işdə kömək etməyə səsləməkdir. Ona görə də bunun regiona heç bir təsiri müşahidə edilmir. Burada regiona yeganə təsir vasitəsi Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və onun nəticəsində Moskvanın zəifləməsidir. Bu baş versə, regionda sözsüz ki, dəyişikliklər olacaq".

Tarix
2014.10.24 / 08:30
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla