Yuxarı

Lənkəranda Məhərrəmlik belə keçirilir - Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranda Məhərrəmlik belə keçirilir - Fotolar

Məhərrəm ayı artıq iki gündür ki, başlayıb.

Axar.az xəbər verir ki, şiə dünyasının ən böyük hüzn mərasimi Azərbaycanda hər il olduğu kimi bu il də qeyd olunur.

Müxbirimizin məlumatına görə, Məhərrəmlik cənub zonasında xüsusi izdihamla keçirilir. Onun sözlərinə görə, hər il Lənkəranda 10 gün ərzində hər axşam fasiləsiz mərsiyələr söylənir, sinə, zəncivurma ritualları yerinə yetirilir, davamlı olaraq yürüşlər təşkil edilir, İmam Hüseynin qətli ilə bağlı şüarlar səsləndirilir.

Müxbirimiz qeyd edir ki, cənub bölgəsində yürüşlərə heç zaman müdaxilə olunmur. Yürüş zamanı əzadarlar ələm qaldırır, səsgücləndirici ilə şüarlar səsləndirirlər. Aşura axşamı və qətl günü isə şəbihlər (dini tamaşa) nümayiş etdirilir.

Qeyd edək ki, Məhərrəm ayı dini baxımdan Azərbaycan üçün fərqli dəyərə malikdir. Belə ki, Məhəmməd Peyğəmbərin nəvəsi, Həzrəti Əlinin oğlu İmam Hüseyn məhz Məhərrəm ayının 10-da qətlə yetirilib. Bu qətl günü qısaca Aşura adlanır (aşura ərəb dilindən tərcümədə "10-cu gün" deməkdir).

Bu il Aşura noyabrın 4-nə təsadüf edir. Şiəliyin yayıldığı ölkələrdə, o cümlədən, Azərbaycanda bu iki ayda şənliklər, toylar dayanır. İmam Hüseynin qətli ilə bağlı mərasimlər Aşura günü yox, Məhərrəm ayının 1-ci günündən başlanır. Çünki İmam Hüseyn özü və tərəfdarları bu 10 gün ərzində Yezidin qoşunlarının mühasirəsində qalsa da, təslim olmaq çağırışlarını qəbul etmir. Ona görə də qətl günü - Aşuraya qədərki 10 gün İmam Hüseynin və tərəfdarlarının fədakarlığı kimi qeyd edilir.

Axar.az Lənkəranda keçirilən Məhərrəmlikdən fotoları təqdim edir:

Tarix
2014.10.28 / 09:44
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla