Yuxarı

Rusiya Ermənistanı və Paşinyanı niyə təhqir etdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putinin Paşinyanı təbrik etməməsinin səbəbini Zaxarova çox təhqiramiz və ikibaşlı şəkildə izah edib.

Bu sözləri Axar.az-a Zaxarovanın jurnalistlərin “Əvvəlki seçkilərdə Rusiya rəhbərliyi tərəfindən təbrik oldu, indi də təbrik olacaqmı” sualına verdiyi cavabı şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Zaxarovanın ifadəsini təhlil etsək, müxtəlif yozumlara və mənalara gəlib çıxmaq olar:

“Bu onu göstərir ki, rəsmi Kremldə Ermənistanla bağlı çox ciddi tərəddüdlər var. Bu tərəddüdlər hələ ki, formalaşıb qəti bir nəticəyə gəlib çıxmayıb. Amma Ermənistanla bağlı məsələlərdə Kreml çox ehtiyatlı davranmağa çalışır. Bir sözlə, əvvəllər olduğu kimi Rusiya Ermənistanı əzizləyib sinəsinə basmağa hazır deyil. Digər tərəfdən Rusiya avtoritar rejimdir. Belə rejimlər özünə yaxın olan dövlətləri (rejimləri) hətta seçkilərin nəticələri elan edilmədən təbrik edir. Ermənistanda istər Köçəryan, istərsə də Sərkisyan dövründə seçkilərin rəsmi nəticələri elan edilmədən Rusiya prosesləri qabaqlayaraq onları təbrik edirdi”.

Politoloq vurğulayıb ki, indi Paşinyanın Rusiya tərəfindən təbrik edilməməsi Rusiya-Ermənistan münasibətlərində mövcud problemlərin nə qədər dərin olduğunun və getdikcə də artdığının əyani sübutudur:

“Bundan sonra Putin Paşinyanı təbrik etsə də, bu gecikmiş, protokol qaydalarına, nəzakət xatirinə edilmiş olacaq. Yəni əsaslı mahiyyət daşımayacaq. Burada maraqlı məqam odur ki, Ermənistanın KTMT-də olan digər müttəfiqləri də hələ Paşinyanı təbrik etməyib. Bu da həmin dövlətlərin də Paşinyana qarşı çox tərəddüdlü mövqedə olmaları ilə bağlıdır. Çünki Paşinyan inidiyə qədər öz davranışları, siyasi bəyanatları ilə dünya ictimai rəyində təzadlı və aydın mövqeyə malik olmayan bir siyasətçi kimi tanınır. Bu səbəbdən də onun hakimiyyətdə tam möhkəmləndikdən sonra hansı siyasi xətt üzrə gedəcəyi barədə birmənalı fikirlər səsləndirilmir”.

Politoloqun sözlərinə görə, Paşinyan əvvəl yol verdiyi səhvlərin nəticələrini, bəhrəsini dadmaqdadır:

“Qərb də tərəddüdlü mövqedədir. Əvvəla, Qərb belə hesab edir ki, nə olur-olsun Ermənistan Rusiyanın ağuşundan çıxmayacaq. Çıxsa da, onu böyük fəlakətlər gözləyə bilər. Necə ki, vaxtı ilə Ermənistan parlamentində gülləbaran hadisəsi baş verdi. Orada Rusiyanın cızdığı xətdən kənara çıxan adamların hamısı sıradan çıxarıldı. İndi də Rusiya həm zorbalıq nümayiş etdirir, həm də Paşinyana öz yerini göstərməyə çalışır. Paşinyanın “gəlin, bir-birimizin daxili işlərinə qarışmayaq” kimi vaxtı ilə Putinə söylədiyi ifadələrdən yola çıxaraq, Putin də bu gün ona belə bir münasibət sərgiləyir”.

Politoloq qeyd edib ki, Paşinyana qarşı AB müəyyən həmrəylik nümayiş etdirir:

“Amma Ermənistan üçün ən əhəmiyyətlisi Rusiyanın təbriki və münasibətidir. O münasibət də ortada yoxdur. Bu o deməkdir ki, gələcəkdə Ermənistanın yeni baş naziri Paşinyan ya gedib Putinin ayağına düşməli, ona olan sədaqətini yalvara-yalvara göstərməli, ya da bu münasibətlər gərginləşən xətt üzrə davam etməlidir. Kifayət qədər ziddiyyətli və bəzi məqamlarda başa düşülməsi çətin olan vəziyyət yaranıb. Bu vəziyyətin yaranmasında da Paşinyanın özü çox böyük rol oynayıb. Hazırda Paşinyan “nə tökərsən aşına, o da çıxar qaşığına” prinsipi üzrə seçkidən əvvəl özünün yol verdiyi siyasi yanlışların nəticəsini dadmaqdadır. Yəqin ki, bütün bunlar gələcəkdə Paşinyana xalqa verdiyi vədlərin yerinə yetirilməsində çox ciddi çətinliklər yaradacaq”.

Qeyd edək ki, Prezident Vladimir Putinin Ermənistanda keçirilən seçkidə qələbə qazanan Nikol Paşinyanı hələ də təbrik etməməsinin səbəblərinə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova aydınlıq gətirib.

“Mənə elə gəlir ki, bu, sənə dəfələrlə etiraf etməyini bilə-bilə kişidən onu sevib-sevmədiyini soruşmağa bənzəyir”, - Zaxarova erməni mediasının bu mövzuda sualına cavabında deyib.

Tarix
2018.12.14 / 12:05
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla