Yuxarı

İrəvanla separatçılar arasında ziddiyyət dərinləşir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan və Qarabağ separatçıları arasında ziddiyyətlərin dərinləşməsi yeni çatın yaranması ilə nəticələnə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, inqilabdan sonra başlayan bu ziddiyyətlər davam edir:

“Qarabağ klanının rəhbəri Köçəryanın qısa müddətdə ikinci dəfə həbs edilməsi bu ziddiyyətləri daha da dərinləşdirdi. Paşinyan tez-tez Dağlıq Qarabağa gəlib, Saakyanla görüşür, oğlunu əsgərliyə Azərbaycan ərazilərinə göndərib və separatçıları təsiri altında saxlamağa çalışır. Ancaq Köçəryanın həbsinə səssiz qalan Qarabağ klanı və Moskva Paşinyanın əhali arasında nüfuzu düşməyə başlayan kimi dərhal hücuma keçəcək. Prezident İlham Əliyev çıxışında əbəs yerə söyləmədi ki, Qarabağ münaqişəsinin həll edilməsi üçün əlverişli şərait yaranıb. İrəvanın Moskva və Qarabağ separatçıları ilə üz-üzə gəlməsi bu şəraiti yaradan səbəblərdəndir. Rəsmi İrəvanla və artıq müxalifətə keçən Qarabağ klanı arasında qarşıdurma açıq müstəviyə keçsə, Rusiya həm Ermənistana, həm də separatçı quruma siyasi müdaxilə edəcək”.

Politoloq vurğulayıb ki, əgər Saakyan baş qaldırsa, bu, Paşinyan üçün ciddi problemə çevrilə bilər:

“Hətta vəziyyət o yerə çatar ki, Rusiya Ermənistandakı ordusundan siyasi müdaxilə üçün istifadə etməyə məcbur olar. Proseslərin bu istiqaməti isə Azərbaycana ərazi bütövlüyünü təmin etmə imkanı aça bilər”.

Tarix
2018.12.15 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Ribunyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla