Axar.az
Yuxarı

Putin Paşinyanı niyə əliboş qaytardı? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanla Rusiya arasında siyasi münasibətlər "məxməri inqilabdan" sonra kifayət qədər gərgin xarakter alıb.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, parlament seçkilərindən sonra Paşinyanın Rusiya səfəri, əsasən, iki ölkə arasında problemlərin həllinə köklənmişdi:

“Amma Paşinyan bu görüşdə Putindən gözlənilən dəstəyi almadı. Ona görə ki, Kreml əleyhinə bu gün Ermənistanda geniş təbliğat aparılır. Hətta Rusiyanın Ermənistanda bazasının çıxarılması şüarları irəli sürülür. Bundan əlavə, Paşinyanın siyasəti qərbpərəstdir, Putin Paşinyanın siyasi vədlərinə inanmır. Digər tərəfdən, Paşinyan Rusiyanın əsas siyasi dayağı olan Putinin siyasi iradəsinə zidd olaraq Qarabağ klanına qarşı siyasi repressiya həyata keçirir. Üçüncüsü, Paşinyan ölkəsində tam antirusiya meyilli hakimiyyət formalaşdıraraq, Kremlin ölkəsində mövqeyinin zəifləməsi istiqamətində siyasət aparır. Belə olan təqdirdə təbii ki, Putin Paşinyana siyasi dəstək verməyəcək”.

Politoloq vurğulayıb ki, hər iki şəxsin siyasi baxışları bir-birlərinə ziddir:

“Putinin bu görüşdən dərhal sonra həbsdə olan eks-prezident Köçəryana Yeni il təbriki ünvanlaması, bu şəxsin Paşinyandan daha çox Rusiya üçün önəmli fiqur olduğunun mesajıdır”.

Politoloq qeyd edib ki, bu görüşdə səmimi görüntülərin olması protokol xarakterli idi:

“Putin seçkilərdən dərhal sonra Paşinyana rəsmi təbrik məktubu göndərməyib. Görüş əsnasında Putinin şəxsi dilucu təbriki Rusiyanın rəsmi şəkildə təbriki deyil. Bu onu göstərir ki, Putin Paşinyanın iqtidarda qalmasını istəmir”.

Politoloq bildirib ki, Putin və Paşinyan arasında aparılan danışıqlarda prinsipial məsələlərdə razılaşma əldə olunmayıb:

“Bu, əsasən, Ermənistan üçün həyati əhəmiyyət olan qazın qiymətinin stabil saxlanılması, yaxud aşağı salınmasıdır. Göründüyü kimi, Putin Paşinyana qazın qiymətində güzəştə getmədi. Paşinyanın məhz bu səfəri qazın qiymətinin aşağı salınmasına hesablanmışdı. Putin buna getməyərək, Paşinyana daxili etirazların formalaşması üçün zəmin yaratdı. Bu, Rusiyanın Ermənistana enerji təzyiqidir”.

M.Əsədullazadə vurğulayıb ki, növbəti aylarda iki ölkə arasında siyasi ziddiyətlər dərinləşməyə doğru gedəcək:

“Ümumiyyətlə, bu görüşdə Putinin Paşinyana münasibəti dostcasına deyildi. Baxmayaraq ki, Putin Ermənistanı müttəfiq dövlət adlandırdı. Bu, Rusiyanın Ermənistandan vaz keçməyəcəyinin mesajı idi. Görüşdə Putinin Paşinyana münasibətində soyuqluq və inamsızlıq görünürdü”.

Qeyd edək ki, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan 27 dekabrda Moskvaya səfər edib. Səfər zamanı o, Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Tarix
2018.12.29 / 15:59
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezident nöqtə qoydu: Bir sözlə, olmayacaq, heç vaxt!

Paşinyanın müharibə çağırışı: Rusiya üçün tələ...

Qarabağda sülhün əsas yolu... - Britaniya nəşri

Ordumuz Ermənistanın federasiya prezidentini məhv etdi

Ermənistanı itirmək təhlükəsi var – Erməni rejissor

Hikmət Hacıyev düşmənin raket hücumundan yazdı

Erməni analarına deyin ki, itkilər daha çoxdur – Rusiyalı ekspert

"Le Temps": Azərbaycan Qarabağda məngənəsini sıxır

Misir mediasında Ermənistanın bu siyasəti ifşa edildi

Stalinin ermənilərə saxta vətən yaradan qərarı - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla