Yuxarı

Üç fərqli gücün Qarabağ üçün “ortaq planı” ola bilməz!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyan hökuməti məsələnin həll edilməsi istiqamətində ABŞ-ın təkliflərindən qəti şəkildə imtina edərək, Rusiyanın təkliflərini qəbul edə bilməz.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, amma Rusiyanın təkliflərini prioritet olaraq görə bilər:

“Ümumi mənzərə odur ki, Minsk Qrupu həmsədrləri problemin həll edilməsi istiqamətində problemə tərəf olanların maraqlarını təmin edəcək bir plan hazırlaya bilmir. Eyni zamanda, tərəflər də müstəqil olaraq bir araya gəlib problemin həll edilməsi üçün siyasi iradə nümayiş etdirmir. Problemin həll edilməsində ən məqbul yol Azərbaycan və Ermənistanın heç kimin vasitəçiliyi olmadan birbaşa təmaslar nəticəsində bir araya gələrək hər iki tərəfi qane edəcək sülh planı üzərində razılaşma əldə etməsidir”.

Politoloq vurğulayıb ki, Minsk Qrupu həmsədr ölkələri sülh planı hazırlayarkən, bir şəkildə bu dövlətlər üzərində öz siyasi, iqtisadi və təhlükəsizlik maraqlarını da bu plana daxil etdikləri üçün nəticə alınmır:

“Düşünün, üç böyük dövlət sülh planı hazırlayır və öz maraqlarını bu sülh planında sətiraltı olsa da, yerləşdirirlər. Ayrıca bu dövlətlərin beynəlxalq aləmdə maraqları toqquşduğu, ziddiyyət yaşadıqları üçün Azərbaycan, Ermənistan və bölgə üzərində maraqlarının ortaq məxrəcə gəlməsi mümkün deyil. Cənubi Qafqaz böyük dövlətlərin hegemoniya uğrunda mübarizəsində Yaxın və Orta Şərq qədər əhəmiyyətli olmasa da, bu bölgədə hegemonluğunu quran dövlətin Yaxın və Orta Şərqdə də mövqeyini gücləndirəcəyindən əmindirlər”.

Tarix
2019.02.07 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Nikol da “noyabra qədər” dedi: Bakının 3 tələbi…

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla